Huquqaz.com

Özəlləşdirmə çekləri və korrupsiya

01.05.2024
2.073
Özəlləşdirmə çekləri və korrupsiya

Vauçerlərini 25 ildir ümidlə saxlayanlar, onları satmayın!

Son illərdə Konstitusiya və mülki hüquq ekspertləri olan çoxsaylı hüquqşünas alimlərin elmi-praktik araşdırmalarından sonra, özəlləşdirmə çeklərinin kompensasiya edilmədən dövriyyədən çıxarılmasının Konstitusiyaya, qanunlara və beynəlxalq hüquqa tam zidd olması faktları üzə çıxarılıb. Həm də hər bir özəlləşdirmə payının bu gün üçün inflyasiyadan qorunan əmlak payı ekvalentinin dəyərinin ən azı 20 000 ABŞ dolları olduğu qanunla sübut olunub.

Keçmişdə çox insanlar ya imkansızlıqdan, ya da dövlətə və məmurlara inamsızlıqdan 100-150 dollara satdılar öz çeklərini. Əsasən də kənd əhalisi torpaq payı aldığından çeklərini dəyər-dəyməzə satdı. Hələ də 25 il ümidlə saxladığı çeklərini, fırıldaqçı məmurlara inanaraq satanlar var.

Özəlləşdirmə payları – bu çeklər Xalqın Miras Əmlak Payıdır. Xalqa – vətəndaşlara ata-babalarının canı-qanı və özlərinin zəhməti hesabına Sovet Dövləti dövründə qurub-yaratdıqları var-dövlətdən, əmlakdan düşən MİRAS ƏMLAK PAYIdır!

“Facebook”da 40 000 ailəni təmsil edən Özəlləşdirmə Çekləri Qrupu adından, vətəndaşların hüquqlarının yerli məhkəmələrdə qorunması üçün hüquqşünaslar tərəfindən məhkəmələrə şikayət hazırlanıb. Qrup üzvləri tezliklə məhkəmələrə müraciət edəcəklər.

Vətəndaşlar 100% inanırlar ki, hər bir özəlləşdirmə payına 20 000 dollar kompensasıya verilməsi dövlətimiz tərəfindən hər hansı bir formada böyük özəlləşdirmədə prosesində istifadə edilməsi üçün ya bankda hesaba qoyulmaqla, ya da başqa bir Dövlət Qiymətli Kağızı ilə əvəzləməklə təmin olunacaq. Yerli məhkəmələrdə vətəndaşların mülkiyyət hüquqları təmin olunmadığı halda, Özəlləşdirmə Çekləri Qrupundakı ailələr öz hüquqlarının Avropa Məhkəməsində bərpa edilməsi ücün şikayət etməyi planlaşdırırlar.

Bu gün qanunla 20 000$ əmlak ekvalenti olan özəlləşdirmə çekləri ilə bağlı həqiqətlər dövlət başçısından gizlədilir. Konstitusiya və qanunlara, dövlətçiliyimizə ZİDD olan problem hansısa məmurlar tərəfindən cənab Prezidentdən gizlədilir ki, bu da məsələnin öz həllini tapmasını yubadır.

Həmin məmurların bu davranışı təkcə vətəndaşların haqqına girmək deyil, həm də Prezidentin siyasi kursuna və dövlətçiliyimizə ləkə salmağa cəhddir, xalqa qarşı düşmənçilikdir! Çünki cənab Prezidentin etibarından istifadə edərək, qanun və fərmanlarda Konstitusiyaya zidd maddələr yazaraq imzalatdıran Ramiz Mehdiyev və oliqarx məmurlar gələcəkdə öz mütəşəkkil korrupsiya cinayətlərini ölkə liderinin üzərinə atmaq hiyləsi qurublar.

Artıq haqqınızı tələb etmək vaxtıdır. Bu cinayət barədə Dövlət Təhlükəsizliyi Xidmətinə, DTX rəisi cənab Əli Nağıyevə də müraciət olunub.

Heç bir qanun, heç bir fərman Konstitusiyanı poza bilməz. Qanunlarla vətəndaşlara verilmiş mülkiyyət hüquqqu Konstitusiyaya zidd olaraq sonradan qəbul olunmuş heç bir qanun və fərmanla əllərindən alına bilməz!

Diqqət edin! Ulu Öndər Heydər Əliyevin və dövlətin siyasətinin, tarixi sosial ədalətin, Konstitusiya və qanunların, beynəlxalq insan hüquqlarının pozulması faktlarının CİNAYƏT olması “Korrupsiyaya qarşı mübarizə haqqında Qanun”un 9 və 11-ci maddələrində öz əksini tapır.

Eyni zamanda, gələcəkdə Cinayət Məcəlləsinin 308, 309, 313, 314, 341 və 342-ci maddələri ilə cinayət işi acıla bilər.

Bilirsizmi: Mülki Məcəllədə 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri – iddia müddətinin şamil edilmədiyi tələblərdəndir.

Hamı bilməlidir ki, Əmlak Komitəsi Konstitusiya və qanunları (bərabərlik hüququnu) öz yaxınları üçün bir özəlləşdirmə payını (4 çekə) 20 000, bəzən isə 100 000 ABŞ dolları hesablayaraq əmlak payı verib.

Bu faktları təsdiq edən hüquqşünas alimlər tərəfindən Prezidentin nəzarətində olan “Qanun” jurnalında 4 elmi-praktik məqalə dərc olunub.

“Qanun” jurnalındakı 4 məqalə:

“Dövlət özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması prosesinin hüquqi təhlili”

(2022 N-5 (331) 38-ci səhifədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;

Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, Konstitusiya Məhkəməsinin eksperti;

Rəyçi: h.ü.e.d. S.F.Əliyev;

Təqdim edən: h.ü.e.d., prof. M.D.Dəmirçiyeva.

“Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığının hüquqi təhlili”

(2022 N-07 (333) 41-ci səhifədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü;

Süleymanlı Sərvər Süleyman oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti;

Rəyçi: h.ü.e.d., dos. S.F. Əliyev;

Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.

“Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericiliklə birbaşa müəyyən edilməsinin vacibliyi”

(2022 N-08 (334) 57-ci səhfədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru, Vəkillər Kollegiyasının üzvü;

Əliyev Sübhan Fərmayıl oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə elmlər doktoru, Konstitusiya Məhkəməsinin eksperti, Vəkillər Kollegiyasının üzvü;

Rəyçi: h.ü.f.d., dos. S.S.Süleymanlı;

Təqdim edən: h.ü.e.d., prof. B.S.Zahidov.

““Dövlət özəlləşdirmə payları” və “dövlət özəlləşdirmə çekləri” anlayışlarının müqayisəli hüquqi təhlili”

(2023 N-2 (340) 32-ci səhfədən)

Yolçiyev Mübariz Xalid oğlu, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Vəkillər Kollegiyasının üzvü, Konstitusiya Məhkəməsinin eksperti;

Rəyçi: h.ü.e.d., prof. A.M.Qasımov;

Təqdim edən: h.ü.e.d., prof. Z.İ.Cəfərov.

Məqalələri həm də aşağıdakı keçidlərə daxil olmaqla oxuya bilərsiniz:

Keçid-1

Keçid-2

Keçid-3

Keçid-4

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDƏə daxil olmaqla tanış ola bilərsiniz

Hörmətlə: Özəlləşdirmə Çekləri Qrupu

Şərhlər

Şərh yazılmayıb.