Huquqaz.com

Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

30.04.2024
2.225
Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Almaniya Avropa İttifaqına daxil olan ölkələr arasında iqtisadi cəhətdən inkişaf etmiş ən qabaqcıl dövlətlərdəndir. Həmçinin Almaniya Avropa İttifaqının iqtisadi siyasətini müəyyənləşdirir. Bu mənada demək olar ki, Almaniya Avropanın aparıcı dövlətlərindən biridir. Bu ölkə ilə Azərbaycan araında siyasi, iqtisadi əlaqələrin günün tələblərinə cavab verməsi təqdirəlayiqdir. Son illər Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Prezident cənab İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da birgə mətbuat konfransına bildirdiyi kimi, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüş çərçivəsində aparılmış müzakirələr sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan vermişdir. Bu isə Almaniyanın iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında  maraqlı olduğunu bir daha nümayiş etdirirdi. Aprelin 26-da Berlində keçirilən görüşlər də bunu növbəti dəfə sübut etdi. Hətta Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Prezident cənab İlham Əliyevlə birgə keçirdiyi konfransında bildirdi ki, mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz: “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır”.

Cənab Prezident bildirimişdir ki, Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addımlardır, regionda sabitliyin artıq təmin olunduğundan xəbər verməklə yanaşı, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər vardır: “Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq. Biz Almaniyanın bu sahədəki dəstəyini xüsusilə qiymətləndiririk və buna görə Sizə minnətdarıq”. Bu isə o deməkdir ki, Almaniya Cənubi  Qafqazda baş verən proseslərə beynəlxalq prizmadan yanaşır. Bütun bunlar belə deməyə əsas verir ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır. Burada bir məqamı qeyd etmək vacibdir ki, Fransadan fərqli olaraq, Almaniya Azərbaycan və Ermənistana münasibətdə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesində ədalətli və qərəzsiz mövqe sərgiləyir. Yəni, Fransadan fərqli olaraq, Almaniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasının tərəfdarıdır.

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Terapiya şöbəsinin müdiri

 

 

Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır

Prezident İlham Əliyev aprelin 23-də ADA universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirmişdir ki, son bir ay ərzində Azərbaycan ilə Almaniya arasında təmasların sayı artmışdır: “Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirəm ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir”.

Aprelin 26-da Almaniyanın Kansleri Qlaf Şults bildirmişdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynayır və vacib tərəfdaşdır: “Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb”. Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda, bərpaolunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün uzun illər bundan sonra əhəmiyyətli tərəfdaş kimi olacaq. O, həmçinin vurğulamışdır ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanda əməkdaşlıq etməyə maraqlıdırlar. Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq. Təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Elə bu səbəbdən Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. 2027-ci ilə qədər Azərbaycan Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq əzmindədir. Bütün bunlar həm də  təbii qaz təchizatçısı olan Azərbaycanın Avropa üçün yaşıl enerji təchizatçısı da olacağı deməkdir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Azərbaycanda media azadlığı təmin edilir

Demokratik inkişafı özünün prioritetlərindən biri sayan Azərbaycan dövləti həmçinin söz və mətbuat azadlığının yüksək səviyyədə təmin edilməsinə böyük önəm verən ölkədir. Respublikamızda söz və məlumat azadlığı tam şəkildə təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb. Respublikamızda KİV üzərində senzura birdəfəlik ləğv olunub. Ölkədə müxtəlif siyasi oriyentasiyaya malik yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst şəkildə fəaliyyət göstərir, o cümlədən internet mediası sürətlə inkişaf edir. Əhalinin 80 faizdən çoxunun internetə çıxışını nəzərə alsaq, deyə bilərik ki, Azərbaycanda hər gün milyonlarla insan onlayn medianı sərbəst şəkildə izləyir, həmçinin sosial şəbəkələrdə aktiv fəaliyyətdə olur. Öz növbəsində Azərbaycan dövləti ölkədə medianın maddi-texniki bazasının möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin möhkəmlənməsinə, hüquqi bazanın daha da təkmilləşməsinə güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. 2009-cu ildə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən illərdə uğurla fəaliyyət göstərərək bütün media qurumlarının inkişafına, onların maddi-texniki bazasının möhkəmlənməsinə hər cür dəstək göstərib. “Media haqqında” qanun media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib. Azərbaycanda dövlət vəsaiti hesabına tikilən mənzillərin jurnalistlərə hədiyyə edilməsi isə dünyada analoqu olmayan haldır.

Bütün bunlar və digər belə faktlar Azərbaycanda medianın inkişafı üçün əlverişli mühit olduğunu təsdiqləyir. Bəs nə üçün qlobal miqyasda bəzi dairələr, ayrı-ayrı mərkəzlər bütün bu müsbət reallıqları görməzdən gəlir və onları təhrif edirlər. Aydın məsələdir ki, onların Azərbaycanda medianın durumu ilə bağlı səsləndirdikləri iddialar qərəzli xarakter daşıyır. Dövlətin KİV-lərin inkişafına hərtərəfli dəstək verməsinin müqabilində Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərə əngəllər yaradılması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.