Huquqaz.com

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

30.04.2024
2.746
Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır.

Azərbaycan xalqı ilə alman xalqı arasında əlaqələrin dərin tarixi kökləri vardır. Azərbaycanda ilk alman koloniyası Yelenendorf Gəncədən 7-8 kilometr aralıda, Xanarxlar deyilən kənddə (indiki Göygöl şəhəri) salınıb. Sonradan isə Gəncədən 35 kilometr şimal-qərbdə yerləşən indiki Şəmkir torpaqlarında Annenfeld adlı ikinci koloniya yaradılıb. Sonradan isə almanlar bu ərazilərdə yayılaraq Gəncə və Qazax qəzalarında Georqsfeld (Şəmkirin Çinarlı qəsəbəsi), Alekseyevka, Qrünfeld (Ağstafanın Həsənsu kəndi), Ayxenfeld  (Şəmkirin İrmaşlı kəndi), Traubenfeld   (Tovuz şəhəri) və Yelizavetinka (Ağstafa şəhəri) kimi yeni üslubda müxtəlif koloniyalar yaradıblar.

Azərbaycan xalqı ilə alman xalqı arasında böyük tarixi əlaqələr var. Xalqımızın həyatında onların mühüm rolu olubdur. Almanların keçmişdə Azərbaycanda yaşamalarının izləri indi də durur. Bu izlər və bəzi abidələr bizim tərəfdən qorunub saxlanılır.

Keçən XX əsrdə də alman və Azərbaycan xalqları arasında iqtisadi və digər əlaqələr mövcud olubdur. Almaniyanın neft şirkətləri əsrin əvvəllərində Azərbaycanda neft hasilatında iştirak ediblər. İkinci dünya müharibəsindən sonra həm Şərqi, həm də Qərbi Almaniya ilə Azərbaycan arasında geniş iqtisadi, mədəni, elmi əlaqələr olubdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra birləşmiş Almaniya ilə ikitərəfli əlaqələr qurubdur. Biz bu əlaqələrin bütün sahələrdə inkişafına böyük diqqət yetirilmiş  və əməkdaşlığımızın genişləndirilməsi üçün öz tərəfimizdən lazımi səylər göstərilmişdir.

Bu gün də Almaniya ilə əməkdaşlığımız yüksək sürətdə davam edir. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir Sənayedə, kənd təsərrüfatında alman texnologiyalarından istifadə olunması, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını artıracaqdır. Müasir dünyanın qlobal çağırışlarına uyğun olaraq, yaşıl enerjinin istehsalı, onun Avropaya ixracı, rəqəmsallaşma, nəqliyyat-logistika məsələlərinin həlli məsələləri müzakirə predmeti olmuşdur. Mədəni əlaqələr inkişaf edəcək, kadr hazırlığına xüsusi diqqət yetiriləcəkdir. Azərbaycan-Almaniya arasındakı günü -gündən inkişaf edən əlaqələr hər iki dövləti və xalqı bir-birinə daha da yaxınlaşdırır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir

Bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir.

Bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, “təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Dayanıqlı enerji gələcəyi ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Qeyd edək ki, bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir: “Bu il-2024-cü il  Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Azərbaycanın bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışı baş tutmuş  ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək biz 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır. Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Ölkəmizin  istər Xəzər dənizində, istərsə də quruda bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialı var. Azərbaycan, həmçinin “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı hədəfləyib. Bir sözlə, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv mərhələsindədir.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir

Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi getdikcə güclənir. Ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın təməli isə Avropa Birliyi və onun üzv dövlətləri ilə 1999-cu il iyulun 1-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. Ötən müddətdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan son illər Azərbaycanın şaxələndirilmiş boru kəmərləri sisteminə malik olması enerji əməkdaşlığının daha da möhkəmləndirilməsinə səbəb olub.

Azərbaycan Respublikası nəhəng enerji infrastrukturu yaradıb ki, bu  Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir. Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə  ən başlıca yeri tutur. Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir . Bu gün Azərbaycan özünü nəinki  karbohidrogen ehtiyatları ilə təmin edir, eyni zamanda uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.

Bu gün Azərbaycan səkkiz ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. l Avropada istifadəyə verilmiş interkonnektor şəbəkəsinin təməlində də, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsinin durması Azərbaycanın təşəbbüskarı olduğu layihələrin Avropa İttifaqı ölkələri arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını təsdiq edir.

Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkələrindən biridir. 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2023-cü ildə onun həcmi təxminən 11,6 milyard kubmetr olub.

Azərbaycan Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışır. 2027-ci ilin sonuna qədər Azərbaycanda ümumi enerji potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək elektrik stansiyası istismara veriləcəkdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədər olacaqdır.

Bu gün Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir. Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul edilib. 2027-ci ilə qədər ölkəmizdən Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Qarabağda və Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Artıq işğaldan azad olunmuş ərazilərimizi dünyanın hava məkanları ilə birləşdirən Füzuli və Zəngilan beynəlxalq aeroportları, “ağıllı konsepsiyalar” əsasında yaradılan ən müasir infrastruktur, bir sıra yeni yaşayış komplekslərinin tikintisi uğurla başa çatdırılıb.

Qeyd etmək lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurda digər böyük suvarma layihələri də nəzərdə tutulur. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi planlaşdırılır. Təbii ki, bütün bunlar böyük vəsait tələb edir. Ölkəmizin iqtisadi və maliyyə imkanları hər bir layihənin zamanında icrasına geniş imkanlar yaradır. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpası, həmçinin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Bu torpaqlarda soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri olan şərait yaradılıb. Ənənəvi kənd təsərrüfatı sahələrinin  bu ərazilərdə də inkişafı əsas prioritetlər sırasındadır. Ən müasir texnologiyaların tətbiqi nəticəsində ərazilərimizdə  həm taxılçılıq, həm də  meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.  Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları  üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir.  Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı  məhsullarının ixracını artırmaq başlıca məsələlərdəndir. Ayrılan vəsaitlə bağlı, müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə məlumat verilir və sirr deyil. Bu ilin sonuna qədər, müharibə başa çatandan sonra Qarabağa və Şərqi Zəngəzura 12 milyard manat, yəni, təqribən 7 milyard dollar ətrafında vəsait yatırılır və yatırılacaqdır.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət verilməlidir.

Belə bir qəbul olunmuş fakt var ki , “Neft – enerji deməkdir, enerji isə – sərvətdir”. Bu məsələ Azərbaycanda uğurla reallaşdırılan neft strategiyasının nəticələri timsalında özünü bir daha təsdiqləmiş olur. Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, Azərbaycan son illərdə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmuşdur. Azərbaycan Respublikasının  dünyadakı nüfuzu durmadan artır, region siyasi, iqtisadi və mədəni mərkəzə çevrilir.Bu gün Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə, xüsusilə neft sahəsində əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuşdur. Bunun nəticəsində Azərbaycanın bütün bölgələrində dinamik tərəqqi yaşanır.

Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir.  İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycan bu gün  infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir. Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir.

Bugünkü Azərbaycanda “qara qızıl” insan kapitalına çevirilir, vətəndaşlara xidmət edir. Neft məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.