Huquqaz.com

Özəlləşdirmə çeklərinizin qiymətini bilin

08.09.2023
1.840
Özəlləşdirmə çeklərinizin qiymətini bilin

Bu gün Azərbaycan vətəndaşının sosial rifahı üçün bir sıra addımlar atılsa da, bəzi məsələlər hələ də cavabsız sual altındadır. Bu məsələlərdən biri də özəlləşdirmə çekləri ilə bağlıdır. Təəssüf ki, o vaxtı qanunla ölkə vətəndaşlarına paylanan vauçerlərin bu gün istifadəsinə imkan yaradılmır. Bu isə yüz minlərlə vətəndaşın sahib olduğu şansdan yararlanmasına əngəl törədir.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin “ÖZƏLLƏŞDİRMƏ QANUNU”nun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli fərmanı qanunla qoyulmuş qaydada hər vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərini dövlət öhdəliyi olaraq vətəndaşlara paylayaraq 1-cili olaraq yerləşdirilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu fərmanla təsdiq olunmuş “Özəlləşdirmə Çekləri haqqında Əsasnamə”nin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub. Fərman NƏ hüquq verə, NƏ DƏ qanunun verdiyi hüququ ala bilər. Kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaqla aparılan özəlləşdirmə xalqa qarşı CİNAYƏTDİR! Həmçinin ƏMLAK KOMİTƏSİNİN Cənab Prezidentin adından istifadə edərək Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çeklərinə heç bir hüquq verməyən kağız parçası kimi “DÖVRİYYƏDƏN ÇIXARILMIŞDIR” deməsi və MƏTBUATDA yayması CİNAYƏTDİR.

Son dövrlər ölkənin tanınmış ziyalıları, Milli Məclisin deputatları, ictimai-siyasi, elm-mədəniyyət xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri ölkə rəhbərliyinə müraciət edərək, tarixi ədalətin bərpa olunmasını, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməsini tələb edirlər. Bu günə qədər özəlləşdirmə sahəsində olan səhvləri və qanunsuzluqları aradan qaldırmağın bir yolu var. Bu, əllərdə qalmış 1 600 000 Özəlləşdirmə Payının infilyasiyadan qorunan əmlak ekvalenti dəyər qiyməti məlum olan Dövlət Əmlak İstiqrazları ilə əvəz edilməsidir.

HAMIDAN XAHİŞ EDİRİK BU VİDEONU BƏYƏNİN, RƏYDƏ YAZIN VƏ PAYLAŞIN:

Mövzu ilə bağlı AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli Hüquqaz.com-a açıqlamasında bildirib ki, dövlət özünün verdiyi qiymətli kağızları sahiblənməli və bu məsələdə yaranan narazılıqları aradan qaldırmalıdır:

“Sözügedən çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. 2011-ci ildə özəlləşdirmə çeklərinin müddəti başa çatsa da, mövzu hələ də öz aktuallığını qorumaqdadır. Dövlət bu çeklərin insanların rifahı üçün fayda verəcək şəkildə istifadə olunmasını təmin etməlidir. Son zamanlar bəzi deputatların bu haqda danışmasını müsbət hesab edirəm. Çünki bu məsələ on minlərlə insanı əhatə edir. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə qayıtması müsbət nəticələrə yol aça bilər. Bu məsələ diqqətdə saxlanılmalıdır. Çünki burada məsələ tək maddiyat deyil, həm də dövlətin prestijidir. Bu gün dövlət tərəfindən verilən qiymətli kağızlara qarşı etinadsızlıq yaranırsa, sabah həmin vətəndaş başqa bir məsələdə dövlətin qərarlarına tam şəkildə etibar etməyəcək. Dövriyyəyə buraxılan özəlləşdirmə çekləri hələ də hüquqi statusa malikdir. Vətəndaşlar bu çekləri adi kağız parçası kimi qəbul edib, atmasınlar. Özəlləşdirmə çeklərini qiymətli kağız kimi saxlasınlar. Özəlləşdirmə çekləri ilə bağlı problemdə vətəndaş cəmiyyətinin aktivliyindən çox şey asılıdır. Bu fonda Konstitusiya məhkəməsinə şikayət məktubunun göndərilməsi müsbət haldır. İnanırıq ki, Konstitusiya və Qanunların aliliyi və ədalət tezliklə Konstitusiya Məhkəməsi tərəfindən bərpa olunacaq. Hüquqi səhvlər aradan qaldırılmalıdır”.

Azərbaycan Bütövlük Platformasının (ABP) sədri Bəhrəm İsmayılov isə öz növbəsində vurğulayıb ki, özəlləşdirmə çekləri paylananda vətəndaşlara onun əhəmiyyəti ilə bağlı dolğun bilgi verilməli idi. İndiki məqamda bu prosesə yenidən şərait yaradılmasını vətəndaşların özəlləşmə prosesində iştirak hüququnun qaytarılması kimi dəyərləndirmək olar:

“Özəlləşdirmə çekləri barədə cinayətləri təsdiq edən 2022-2023-cü illərdə yazılmış 4 elmi-praktiki məqalə Dövlət Ali Atestasiya Komissiyasının nəzarətində olan “Qanun” jurnalında bir neçə ekspert və 10-dan çox hüquqşünas-alimin rəyi əsasında hazırlanıb. Hüquqşünas alimlərin elmi-praktiki araşdırmasından məlum olur ki, hələ 2000-ci ildə yeni özəlləşdirmə qanunu qəbul olunan zaman Prezident Adminstrasiyası başçısının köməyi ilə yeni təyin olunmuş Əmlak Məsələləri Komitəsinin rəhbəri oliqarx məmurlar vasitəsilə o vaxtkı deputatların hüquqi savadsızlığından, qiymətli kağızlar barədə məlumatsızlığından istifadə edərək “Özəlləşdirmə haqqında” qanuna Konstitusiyanı pozan və qanunlara zidd səlahiyyətlər verməklə, öz məqsədləri üçün istifadə ediblər. Azərbaycan insanının tam haqq etdiyi yüksək sosial təminatı üçün ölkə korrupsiya işğalından azad edilməlidir.

Bu gün təxminən 1 milyon 600 min özəlləşdirmə payı əllərdədir (Hər payda 4 ədəd özəlləşdirmə çeki var) və istifadə olunmayıb. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Əmlak Komitəsinin 222 nömrəli əmri ilə götürdükdə son 25 il ərzində baş verən inflyasiyanı nəzərə alsaq, bu gün hər bir özəlləşdirmə payının əmlak ekvivalentinin dəyəri 10 dəfə artaraq 20 000 ABŞ dolları hesablana bilər. Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz. İnanırıq ki, bu ilki Ulu Öndər Heydər Əliyevin “100 illiyi” çərçivəsində məsələ öz həllini tapacaq”.

Qeyd edək ki, yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Konstitusiya Məhkəməsinə göndərilən Şikayət Məktubu ilə də tanış ola bilərsiniz:

https://www.facebook.com/411723382563138/posts/1365259420542858/

Milli Məclisin sədri Sahibə Qafarovaya müraciətlə tanış ola bilərsiniz:

file:///C:/Users/Dell/Downloads/Milli%20M%C9%99clisin%20S%C9%99drin%C9%99.pdf

Sitat TV-nin “Canlı Polemika” verilişində problemə hüquqi tərəfdən yanaşılıb:

Şərhlər

Şərh yazılmayıb.