Huquqaz.com

Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik

24.04.2023
1.838
Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik

“Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.”

Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş Ulu Öndər Heydər Əliyev özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki yeni milli ideyanı – müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etmiş, həm də millətin ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini – səriştəli idarəçiləri və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çıxarmağa qabil olan cəsarətli novatorları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsinə yönəltməyə nail olmuşdur. Bunun nəticəsidir ki, bu gün Ulu Öndərin layiqli siyasi varisi Prezident cənab İlham Əliyev bünövrəsi Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçiliyin təməlinə əsaslanaraq Azərbaycanı uğurla siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanın yüksələn xətlə dirçəlişinə səbəb olmuşdur.Azərbaycan sabit siyasi sistemə və mərhələlər üzrə formalaşan demokratik təsisatlara, bazar iqtisadiyyatı sistemi üçün səciyyəvi iqtisadi struktura malik olan ölkəyə çevrilmişdir. Səmərəli dövlətçilik strukturunun təşəkkülünün təməli olan əsas tezis Azərbaycanın regional proseslərdə rəqabət qabiliyyətini və buna müvafiq olaraq regionda liderliyini təmin etməkdən ibarət olmuşdur. Prezident cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkədə ictimai tərəqqi davam etmiş, xalqın ümummilli maraq və mənafelərinin təmin olunması yolunda mühüm addımlar atılmışdır. Dövlət başçısı milli maraqları əsas götürərək, cəmiyyətin bütün sosial təbəqələrinin mənafelərini özündə əks etdirən geniş fəaliyyət nümayiş etdirmişdir.Ən nüfuzlu dairələrdə belə müdrik və tarazlaşmış strateji xətt kimi qiymətləndirilən bu siyasətin nəzəri bazasını və konseptual əsaslarını yeni dünya nizamının tələbləri və qloballaşma prosesi, mədəniyyətlərarası dialoq, ümumbəşəri dəyərlər və onun tərkib hissələrindən biri olan demokratik prinsiplər təşkil etmişdir. Məhz bu meyarlar və aparılan siyasətin bir-birini tamamlaması ölkənin həm daxildə, həm də beynəlxalq münasibətlər sahəsində əldə etdiyi nailiyyətlərinin təməlini qoymuşdur. Xarici ölkələrlə uğurlu inteqrasiya sürətlənmiş, sivil və demokratik dövlət kimi Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutmuş, yeni neft strategiyası səmərəli şəkildə həyata keçirilmiş, əsas insan və vətəndaş hüquqları, azadlıqları təmin olunmuş, sosial-iqtisadi inkişaf prosesi yüksələn xətt üzrə davam etmişdir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.