Huquqaz.com

Region rəislərini icra başçıları ilə görüşdürən səbəb-FOTO

09.06.2023
1.736
Region rəislərini icra başçıları ilə görüşdürən səbəb-FOTO

SOCAR “Azəriqaz” İB rəhbərliyinin təşəbbüsü ilə Regional İdarələrin məsul şəxslərinin yerli İcra Hakimiyyətinin başçıları ilə görüşləri keçirilir.

Qanunla.Az xəbər verir ki, məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəisinin may ayı ərzində Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında yerli rayon İcra Hakimiyyəti başçıları ilə görüşləri keçirilib. Görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

image-bd6b7b3d-1fd6-477d-be05-df44257774e2image-7d3afc98-f11b-43be-8dad-8f9874f49ee2

Şərhlər

Şərh yazılmayıb.