Huquqaz.com

Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır

25.05.2023
2.723
Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır

Əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır.

Cənab Prezident İlham Əliyev cari ilin 22 may tarixində Vilnüs şəhərində keçirilmiş Azərbaycan-Litva biznes forumunda öz bəyanatı ilə çıxış edib .Prezidentin bu rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda da dediyi kimi, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Çünki hər iki tərəfdən buna çox böyük maraq var. Keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir.

Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Statistika göstərir ki, ixrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.Ümumiyyətlə, Azərbaycan ilə Litviya arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur.Biz inanırıq ki,ölkələrimiz arasında diplomatik münasibətlər strateji tərəfdaşlığı daha da möhkəmləndirir, gələcək üçün geniş imkanlar açır.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

Şərhlər

Şərh yazılmayıb.