Huquqaz.com

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir

25.07.2023
1.970
Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir.

44 günlük Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistan üzərində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin şərəfinə ümummilli siyasi təntənəsi idi. Milli mədəniyyətimizin paytaxtı sayılan Şuşada keçirilən beynəlxalq forum və festivallar işğaldan azad edilmiş torpaqlarımızın əzəli Azərbaycan ərazisi olduğunu təsdiqləyən beynəlmiləl mədəni tədbirlərdir. Bu sitiqamətdə keçirilən təbdirlərin davamı olaraq 2023-cü ilin iyulunda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu təşkil edilmişdir.Zəfərmizin rəmizi olan olan Şuşa şəhərində keçirilən hər bir tədbir xalqımızın hər bir övladına ürəkdolusu sevinc yaşadır, bütün ölkəmizi xoşbəxtlik duyğuları ilə coşdurur.

Hər birimiz üçün xoş olan anların, bütövlükdə, xalqımız üçün də xoşbəxt günə çevrilməsi tarixi ədalətin təzahürü oldu. Azərbaycanın, o qədər də kiçik sayılmayan 30 illik bir müddətdə, dünya miqyasında haqsızlıqla üzləşməsi, beynəlxalq aləmə hökm edən qüvvələrin haqq işimizə ədalətsiz münasibəti xalqımıza qlobal namərdliyin ən ağır itki və ağrılarını yaşatdı. Odur ki, Qarabağ qələbəmiz təkcə xəyanətkar, quldurxislət erməni toplumu üzərində deyil, həm də qlobal namərdliyə vurulan zərbə oldu. Milli haqqın beynəlxalq ədalətsizlik üzərində qələbəsi isə çağdaş dünyada nadir bir hadisə olmaqla, Azərbaycan xalqının yurd sevgisinin yenilməzliyini, döyüşkənliyinin misilsizliyini bir daha tarixə həkk etdi. Dünyanın ən gözəl bölgəsini– aranlı-yaylaqlı, dağlıdənizli, min bir sərvətli cənnətmisal ərazisini min illər boyu özündən də güclü yağılardan qoruyub müqəddəs Vətən etmiş xalqımız bu gün daha artıq hünərli olduğunu namərdlər dünyasına bir daha sübut etdi.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır.

Türkiyə və Azərbaycan dövlətləri arasında dostluq, qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaratmaqdadır. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu.

Azərbaycan –Türkiyə münasibətləri bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Təsadüfi deyildir ki, Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əsas hədəfimizdir. Artıq bu sahədə əməli-praktiki işlərə start verilib. Qardaş ölkə ilə birlikdə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi edilməsi dediklərimizin əyani sübutudur. Hər zaman olduğu kimi, Qarabağın və Şərqi Zəngəzurun yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birgədir, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak etməkdədir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçirilir. Hazırda böyük strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarınun inşasında da türk şirkətləri yaxından fəaliyyət göstərməkdədir. İnanırıq ki,Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olacağından xəbər verirdi. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib.Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri xüsusi əlamətdar hadisələrlə tarix birlikdə yazılır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Bildiyimiz kimi Türk Şurası təsirli beynəlxalq təsisatdır. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq. Açılması üçün ölkələrimizin böyük səy göstərdiyi Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Əminik ki, Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır. Ölkə başçımız cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin ana xəttini təşkil edən Türkiyə-Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edəcək, ölkələrimizin rifahına, işıqlı sabahına zəmin yaradır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Bu gün Türkiyə qlobal liderlərdəndir

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı Şuşada keçirilən Qlobal Media Forumu ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Formda iştirak edən edən Prezident cənab İlham Əliyev həm Azərbaycanın, həm də regionun gələcəyi ilə bağlı fikirlərini açıqladı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Şuşa Qlobal Media Forumu dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin təqdimatında öz sözünü dedi. Belə ki, sual-cavab formatında keçirilən Forumda ilk sualın iki qardaş ölkənin münasibətlərinin bugünkü inkişaf səviyyəsi ilə bağlı olması növbəti dəfə bu məkandan – Qarabağı tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşadan dünyaya mesaj oldu. Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Prezident cənab İlham Əliyev bu reallığı diqqətə çatdırdı ki, Prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə və Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub. Bu, çox gözəl təməldir və ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Cənab Prezidentimizin çıxışında xüsusi yer alan “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq” fikirləri iki qardaş ölkənin münasibətlərinin gələcəyi barədə aydın təsəvvür yaradır. Şuşa Bəyannaməsi xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır.

Qlobal məsələlərdə və regionda Türkiyənin rolu çox önəmli və vacibdir. Bu rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir. Dövlətimizin başçısı Forumdakı çıxışında bu məqamlara diqqət yönəltdi ki, Rəcəb Tayyib Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Eyni zamanda, Prezident cənab İlham Əliyev Türkiyə Prezidentinin inauqurasiya mərasimində iştirak etdi. Bütün bu addımlar iki qardaş ölkənin münasibətlərinin təqdimatı, qardaşlığın əsl nümunəsidir. Qarşıdan gələn illərdə də Türkiyə və Azərbaycan regionda daha önəmli rol oynayacaq.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq

Şuşada keçirilən Qlobal Media Forumda iştirak edən Prezident cənab İlham Əliyev regionun perspektivlərindən bəhs edərək diqqəti Azərbaycanın Ermənistanla münasibətlərdə yeni səhifənin açılması, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi məqsədilə sülh müqaviləsinin imzalanması təklifinə yönəltdi. Bir daha bu reallıq qeyd edildi ki, əslində regional inkişaf, əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Forumun postmünaqişə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma olması cəhətdən əhəmiyyətlidir. “Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən geniş bəhs olundu. Belə ki, ölkə Prezidenti 30-dan çox şəhər və kəndin Baş planının təsdiqləndiyini, həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın qayıdacağını bildirdi. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur. Prezident İlham Əliyev həyata keçirilən hər bir layihənin onda böyük qürur, xoşbəxtlik hissi yaratdığını belə ifadə etdi: “Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur”.

Azərbaycan hər bir sahədə zəngin, təkmil təcrübəsi ilə dünyanın diqqətindədir. Tarixi Zəfərimizdən dərhal sonra başlanan bərpa-quruculuq işləri Azərbaycanın təkmil dirçəliş modelinin təqdimatıdır. Qısa zamanda görülən işlər dövlətimizin qətiyyətinin, malik olduğu iqtisadi imkanların göstəricisidir. Tezliklə Böyük Qayıdış proqramının tam şəkildə uğurla başa çatdırılması ilə Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Azərbaycan daim dinamik inkişaf nümunəsi ortaya qoyur. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Media Forumunun qlobal miqyas alması bütün bu reallıqların təbliğində əhəmiyyətli rol oynayacaq. 49 ölkəni təmsil edən 150 nümayəndənin hər biri bu reallıqların təbliğatçısı olacaq.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.