Huquqaz.com

“Açıq qapı”da suallara aydınlıq gətirildi FOTO-VIDEO

28.04.2023
1.300
“Açıq qapı”da suallara aydınlıq gətirildi FOTO-VIDEO

Texniki müayinələr necə həyata keçiriləcək? Birliyin əməkdaşlarına qapı açmayan abonentləri nə gözləyir? Suallara “Açıq qapı”da aydınlıq gətirildi

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin ənənəvi hal alan “Açıq qapı” aksiyasında bu dəfə Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mühüm məqamları media nümayəndələrinin diqqətinə çatdırıblar. İlkin Behbudov texniki müayinələrdəki son vəziyyət haqqında danışarkən bildirib ki, hər qrupda 20-25 nəfər olmaqla ümumilikdə 9 regionda təlimlərə start verilib. Vətəndaşların təhlükəsizliyinə hesablanan texniki müayinələrin həyata keçirilməsində süni əngəllər törədən abonentlərə isə 5 iş günü ərzində vaxt veriləcək ki, növbəti texniki müayinənin həyata keçirilməsinə şərait yaratsınlar. Əks təqdirdə həmin abonentlərin qaz təchizatı dayandırılacaq.
Aksiyada çıxış edən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev geridə qoyduğumuz bayram günlərində Birliyin 104/185 Çağrı Mərkəzində yaşanan qısamüddətli fasilələrlə bağlı sosial şəbəkələrdə yayılan neqativ şərhlərə aydınlıq gətirib. Şöbə rəisi vurğulayıb ki, Birliyin həyata keçirdiyi tədbirlər öncədən müxtəlif media vasitələri ilə yanaşı, həm də internet resursları vasitəsilə vətəndaşların diqqətinə çatdırılır. Həmçinin Eldəniz Vəliyev abonentlər qaz təchizatında problemlə üzləşməsinlər deyə, yaranacaq fasilələrin vaxtlarının müxtəlif təhlillərin nəticəsində dəqiqləşdirilərək təyin edildiyini də bildirib.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

image-c611e975-7f9c-4725-9ada-6239e87fcef1image-875e70ab-bce6-4775-9b07-87e2325744f4image-0cd2992c-285c-4743-bf13-4f36836dc90cimage-5ff0b4e4-a250-417f-a646-ad80596f3f70

Ətraflı video materialda:

Şərhlər

Şərh yazılmayıb.