Ronaldo qeyri-etik hərəkətlərə görə məhkəməyə veriləcək
Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubunun 38 yaşlı portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ictimai ədəbsizliyə görə məhkəməyə veriləcək.
HUQUQAZ.COM xəbər verir ki, bu barədə vəkil Nouf bin Əhməd sosial şəbəkədə paylaşım edib.
O, Ronaldonun meydançadan çıxarkən etdiyi qeyi-etik hərəkətlə bağlı prokurorluğa iddia qaldırdığını qeyd edib.
Qeyd edək ki, Ronaldo “Əl Hilal”a 0:2 hesablı məğlubiyyətdən sonra azarkeşlərin “Messi” şüarlarına hörmətsiz jestlə cavab verib.
Onu da deyək ki, sözügedən matçda rəqibinə çata bilməyən futbolçu onu boynundan tutaraq yerə yıxıb. Hakim ona sadəcə sarı kart verməklə kifayətlənib.
Şərh yazılmayıb.