Huquqaz.com

Bakıda daha bir məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ

18.04.2023
374
Bakıda daha bir məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ

Aaprelin 18-də Bakı şəhəri 149 nömrəli tam orta məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib. 

BŞTİ-dən HUQUQAZ.COM a verilən məlumata görə, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə 20 nömrəli məktəbdə də şagirdlər arasında kütləvi zəhərlənmə qeydə alınmışdı.

Şərhlər

Şərh yazılmayıb.