Huquqaz.com

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

12.04.2023
1.844
Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur

Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur.

Tacikistanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri hesab olunur. Azərbaycan və Tacikistan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlər dərin tarixə və mədəni köklərə söykənir. Bu dəyərlər bütün sahələrdə etibarlı tərəfdaş kimi birgə əməkdaşlığın əsasını təşkil edir. Dövlət başçılarının müxtəlif formatlarda keçirdiyi görüşlər, prezidentlər və xalqlarımız arasında dostluq əlaqələri bu münasibətlərin daha da inkişafını təmin edir. Azərbaycan və Tacikistanın bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir.

Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.

Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin həcmi hər il artmaqdadır. Sənaye sahəsində Azərbaycan-Tacikistan işçi qrupunun fəaliyyətini müsbət qiymətləndirilir və aqrar sahədə əməkdaşlığı daha da genişləndirmək üçün birgə işçi qrupunun yaradılması barədə razılıqlar əldə edilir. Azərbaycan və Tacikistanın ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı daha da genişləndirməyi qərara alınıb.

Fatimə Xəlilova – Zərdab rayonu Şəftəhal kənd tam orta məktəbinin müəllimi

 

 

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.

 Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasına dövlət səfərinə gəlib. Səfər zamanı prezident bəyanatı ilə çıxış edib. İlham Əliyev bəyanatında qeyd edərək bildirdi ki, bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Eyni zamanda prezident onu da vurğuladı ki, Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün regionda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.

Buna görə də xalqların milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Cənab Prezident İlham Əliyev eyni zamanda tacik tələbələrin sayının artırılması ilə də bağlı söhbət açaraq onların təhsil alması üçün şərait yaradıldığını vurğuladı. Sonda prezident İlham Əliyev Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürünü bildirirərək Emoməli Şərifoviçi Azərbaycana səfərə dəvət etmək istədiyini qeyd etdi. Eyni zamanda gələcəkdə bu səfərlərin daha intensiv olacağı və bu dostluq əlaqələrinin daim davam edəcəyini qeyd etdi.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq.

Azərbaycan-Tacikistan münasibətləri ortaq strateji maraqlara söykənir və hər iki xalqı bir-birinədostluq və strateji əməkdaşlıq əlaqələri bağlayır. İldən-ilə möhkəmlənən bu əlaqələrin daha da inkişaf etməsi üçün böyük layihələr həyata keçirilir. Tacikistan ilə Azərbaycan təkcə enerji sahəsində deyil,digər sahələrdə də uğurla əməkdaşlıq edirlər.Cənubi Qafqazın gələcəyi region ölkələri arasında daha genişmiqyaslı əməkdaşlıqdan asılıdır.Bu gün Azərbaycanla Tacikistan arasında qarşılıqlı,faydalı əməkdaşlıq münasibətləri mövcuddur və əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir.Onu da qeyd etmək lazımdır ki,ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Tacikistanla Azərbaycan arasında bir çox sahəni ehtiva edən çoxşaxəli rasional münasibətlər mövcuddur.

Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdi: “Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək”.

Tacikistanla mədəni sahədə də qarşılıqlı əlaqələrimizin möhkəm təməli vardır. Xalqlarımız əsirlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.

Elminaz Salahlı – Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinin müəllimi

 

 

 

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafı məhz 1990-cı illərin fəaliyyətinin nəticəsidir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir. Bu gün Azərbaycanın xarici siyasətində biz bunun şahidi oluruq. Cənab Prezident İlham Əliyevin son bir-iki il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistana dövlət səfəri edib. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin fəxri doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Kəmalə Əliyeva – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin direktoru

Şərhlər

Şərh yazılmayıb.