Huquqaz.com

Zərdabda “Şahin” hərbi – idman oyununun rayon birinciliyi keçirildi-

04.04.2023
1.579
Zərdabda “Şahin” hərbi – idman oyununun rayon birinciliyi keçirildi-

04 aprel 2023-cü il tarixdə Gəlmə kənd tam orta məktəbinin idman bazasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirildi.

Qanunla.Az xəbər verir ki, Zərdab rayonunun 19 tam orta məktəbinin mübarizə apardığı birinciliyi giriş sözü ilə Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.
Çıxışında ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən bəhs edən Ələkbər Kərimov Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş qələbənin Azərbaycan gəncləyinin qəhrəmanlığını, hünərini, vətənpərvərlik tərbiyəsini bütün dünyaya əyani nümayiş etdirməsindən bəhs etdi.
Tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Zinhar Bayramov, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin əməkdaşı Kamil Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, Gənclər evi SXM-nin direktoru Jalə Kərimli “Şahin” hərbi-idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin inkişafında böyük əhəmiyyət daşıdığını qeyd edərək, birincilikdə iştirak edən komandalara uğurlar arzuladılar.
Gərgin mübarizə şəraitində keçən yarışda Gəlmə kənd tam orta məktəbinin komandası I yeri, Şəhər 3 saylı tam orta məktəbinin komandası II yeri , Şəhər 1 saylı məktəb liseyin komandası isə III yeri tutdu. Birincilikdə I, II və III yeri, eyni zamanda müxtəlif mərhələlər üzrə fərqlənmiş komandalara Zərdab rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olundu.

image-img-20230404-wa0043 image-img-20230404-wa0044 image-img-20230404-wa0045 image-img-20230404-wa0046 image-img-20230404-wa0047 image-img-20230404-wa0048 image-img-20230404-wa0050 image-img-20230404-wa0049 image-img-20230404-wa0051 image-img-20230404-wa0052 image-img-20230404-wa0053 image-img-20230404-wa0054 image-img-20230404-wa0055 image-img-20230404-wa0057 image-img-20230404-wa0056 image-img-20230404-wa0059 image-img-20230404-wa0058 image-img-20230404-wa0060 image-img-20230404-wa0061 image-img-20230404-wa0063 image-img-20230404-wa0062 image-img-20230404-wa0065 image-img-20230404-wa0064 image-img-20230404-wa0066 image-img-20230404-wa0068 image-img-20230404-wa0067 image-img-20230404-wa0070 image-img-20230404-wa0069 image-img-20230404-wa0071 image-img-20230404-wa0072 image-img-20230404-wa0073 image-img-20230404-wa0074 image-img-20230404-wa0075 image-img-20230404-wa0076

Şərhlər

Şərh yazılmayıb.