Huquqaz.com

Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi

10.05.2022
1.535
Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi

Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi

 Bu gün Azərbaycanda qədim dövrlərdən başlayaraq bugünümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil etmişdir. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya zaman-zaman özünü göstərib. Lakin birmənalı şəkildə qeyd edə bilərik ki, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının ideya təməli ola biləcək konsepsiyanın – azərbaycançılığın banisi olmuşdur.

 

Gəncliyə Dəstək İctimai Birliyinin sədri-Vəfa Xəlilli

Şərhlər

Şərh yazılmayıb.