Huquqaz.com

Prezidentin Talış kəndində səsləndirdiyi fikirlərdə əsas xətt Ermənistanın qısa zamanda konstruktiv mövqe nümayiş etdirməyə çağırış idi

25.03.2023
2.299
Prezidentin Talış kəndində səsləndirdiyi fikirlərdə əsas xətt Ermənistanın qısa zamanda konstruktiv mövqe nümayiş etdirməyə çağırış idi

Prezidentin Talış kəndində səsləndirdiyi fikirlərdə əsas xətt Ermənistanın qısa zamanda konstruktiv mövqe nümayiş etdirməyə çağırış idi

Azərbaycan Prezidenti İlham Əliyevin Talış kəndində yerli əhali ilə görüşü, orada Ermənistana yönələn səsləndirdiyi konkret fikirlər əslində Azərbaycan xalqının gözlədiyi və istədiyi mövqe idi. Azərbaycan xalqı öz dövlətinin arxasında və Prezidentin yanında olduğuna görə, bu məsələlərin də tez zamanda həllini tapacağına inanır.

Prezidentin Talış kəndində səsləndirdiyi fikirlərdə əsas xətt Ermənistanın qısa zamanda konstruktiv mövqe nümayiş etdirməyə çağırış idi. Həmçinin Ermənistana növbəti dəfə xəbərdarlıq idi ki, əgər qonşu ölkə öz hərbi silahlı birləşmələrini Qarabağdan çıxarmasa və təxribatları davam etdirərsə, eləcə də üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməsə, Azərbaycan növbəti dəfə Ermənistana olduqca ağır zərbə vura bilər. Ermənistanın hərbi-siyasi rəhbərliyi və ona dəstək verən, arxasında dayanan dövlətlər anlamalıdırlar ki, Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi dəqiqdir və heç bir halda güzəştə getmək niyyətində deyil.

Azərbaycan Prezidenti Talış kəndindəki müraciətində növbəti dəfə Ermənistanın məğlub ölkə olduğunu xatırladaraq, onun üzərinə düşən öhdəliyi icra etməyə çağırdı: “Düşünürəm ki, bu, Ermənistan üçün sonuncu xəbərdarlıqdır. Bundan sonraki dövrdə Azərbaycan Qarabağdaki erməni silahlı birləşmələrin tərksilah edilməsi, onların təminat-təchizat yollarının bağlanılması, yəni Laçın yoluna nəzarəti öz üzərinə götürməsi üçün lazimi tədbirləri görəcək. Bu məsələdə bəzi ölkələrin Ermənistanın mövqeyindən çıxış etməsinə baxmayaraq, Azərbaycan növbəti dəfə siyasi iradə nümayiş etdirərək dövlətimizin müstəqilliyinə və ərazi bütövlüyünə yönələn fəaliyyətlərin qarşısını qətiyyətlə alacaq. Azərbaycan Prezidenti Talış kəndindəki çıxışında Ermənistana qarşı dəqiq tələblər irəli sürdü. Bu qarşı tərəf üçün öz mövqelərində, siyasi addımlarında dəyişikliklər etmək üçün konkret istiqamət olacaq. Ermənistanın bundan sonra başqa variantlar axtarmasına imkan verilməyəcək. İnanıram ki, Ermənistan öhdəliklərini anlayaraq prosesin gecikməsinin qarşısını alacaq addımlar atacaq.

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.