Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək
![Sahibkarlarla növbəti görüş Biləsuvar rayonunda keçiriləcək](https://huquqaz.com/wp-content/uploads/2023/03/media-img-20230314-wa0005-s3tgqo64fhr8k210ivjx-1024x614.jpg)
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Biləsuvar rayonunda görüşü təşkil olunacaq. Aksiya Biləsuvar şəhəri, Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” mart ayının 16-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Şərh yazılmayıb.