Huquqaz.com

Peşəkar vəkil Adəm Məmmədovun təqdimatında “Cinayət prosesində vəkilin rolu” mövzusunda tələbələr üçün təlim keçirilmişdir

24.05.2024
2.456
Peşəkar vəkil Adəm Məmmədovun təqdimatında “Cinayət prosesində vəkilin rolu” mövzusunda tələbələr üçün təlim keçirilmişdir

Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədovun təqdimatında “Cinayət prosesində vəkilin rolu” mövzusunda tələbələr üçün təlim keçirilmişdir.

Qanunla.Az xəbər verir ki, tədbiri açan Hüquq fakültəsinin dekanı Zaur Əliyev vəkil Adəm Məmmədovu tələbələrə təqdim edərək mövzunun əhəmiyyəti barədə məlumat vermişdir. Daha sonra çıxış edən Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri Turqay Hüseynov geniş praktiki biliyə malik olan vəkillərin tələbələr qarşısında mühazirə ilə çıxış etməsinin vacibliyini vurğulamışdır. İki saat ərzində tələbələr qarşısında çıxış edən vəkil Adəm Məmmədov vəkillik təcrübəsindən, bəraət aldığı işlərdən, istintaqın ən incə məqamlarından tələbələrə aydın və geniş izahlar vermişdir. Adəm Məmmədov qazandığı bəraətlər haqqında müfəssəl danışaraq, vəkilin müvəkkilinin həyatında və işin qazanılmasında nə qədər böyük rolu olduğunu öz təcrübələri ilə izah etmişdir. Peşəkar vəkil olmağın ən əsas sirrlərini tələbələrlə bölüşərək onlara gələcək fəaliyyətlərində dəyərli məsləhətlər vermişdir. Tədbirin sonunda tələbələrin çoxsaylı sualları cavablandırılmış, həmçinin təlimçi müəllifi olduğu kitabları tələbələrə hədiyyə etmişdir. Tədbir tələbələrin böyük marağına səbəb olmuşdur.

image-img-20240523-wa0069 image-img-20240523-wa0076 image-img-20240523-wa0075 image-img-20240523-wa0070 image-img-20240523-wa0071 image-img-20240523-wa0072 image-img-20240523-wa0074 image-img-20240523-wa0073 image-img-20240523-wa0077

Şərhlər

Şərh yazılmayıb.