Huquqaz.com

Azərbaycan lideri Münxendə Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı da önəmli açıqlamalar verib

21.02.2023
2.275
Azərbaycan lideri Münxendə Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı da önəmli açıqlamalar verib

Azərbaycan lideri Münxendə Zəngəzur dəhlizi və Laçın  yolu ilə bağlı da önəmli açıqlamalar verib

Görüşün nəticələri ilə bağlı onun yerli televiziya kanal­larına müsahibəsində açıqladığı fikirlər belə deməyə əsas verir ki, bu görüş sülhyaratma prosesində məhz Azərbaycanın təklif etdiyi prinsiplər  çərçivəsində irəliyə doğru mühüm addımdır. Belə ki, dövlətimizin başçısı bir çox məsələlərin, o cümlədən Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün lazım olan şərtlərin müzakirə olunduğu tədbirin nəticələrindən nikbinliklə danışmışdır.

Bundan başqa, Prezident İlham Əliyev əlavə etmişdir ki, əsas məsələ sülh müqaviləsinin beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməsindən ibarətdir. Dövlətimizin başçısı hər kəsi Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etməyə çağırmışdır: “Sadəcə, məlumat üçün sizə bildirim ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var”. Azərbaycanın mövqeyini hər zaman qapalı görüşlərdə də, rəsmi açıqlamalarda da diqqətə çatdıran cənab İlham Əliyev xüsu­si vurğulamışdır ki, Ermənistanla bağlanacaq sülh müqaviləsində Qarabağ haqqında hər hansı iddianın olması qəbuledilməzdir və bu məsələ Azərbaycanın sırf daxili işidir: “Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür”.  Başqa sözlə, ölkəmizin lideri Ermənistana qarşılıqlı münasibətlərin tənzimlənməsini Qarabağ məsələsi ilə qarışdırmamağı tövsiyyə edib. Cənab İlham Əliyev bu iki istiqamətli həllin faktiki olaraq bizim Ermənistanla danışıqlarımızın Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayrı olduğunu diqqətə çatdırıb: ”Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil”. Bu, o deməkdir ki, təkcə Ermənistandan deyil, ümumiyyətlə, xaricdən gələn hər hansı təhdidin heç bir gerçək nəticəsi ola bilməz. Eyni zamanda cənab İlham Əliyev bildirmişdir: “Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onla­rı incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil…”

Azərbaycan lideri Münxendə Zəngəzur dəhlizi və Laçın yolu ilə bağlı da önəmli açıqlamalar verib. Məlumdur ki, Ermənistan Zəngəzur dəhlizinin açılma­sına qarşıdır və üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Rəsmi İrəvan Zəngəzur mövzusundan qaçaraq, hər fürsətdə Laçın yolu ətrafında yaranmış vəziyyəti “blokada” kimi qələmə verməyə çalışır. Bu görüşdə də eyni senari təkrar olundu. Azərbaycan Prezidenti isə tutarlı faktlarla Nikol Paşinyanın bu yalanını da ifşa etdi və həmişə olduğu kimi, ona növbəti siyasi məğlubiyyətin acısını yaşatdı.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Şərhlər

Şərh yazılmayıb.