Huquqaz.com

Rəsmi Bakı İrəvana öz siyasi iradəsini qəbul etdirdi

21.02.2023
2.254
Rəsmi Bakı İrəvana öz siyasi iradəsini qəbul etdirdi

Rəsmi Bakı İrəvana öz siyasi iradəsini qəbul etdirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının daimi üzvü kimi fevralın 17-18-də Almanıyada işgüzar səfərdə olmuşdur. Dünyanın siyasi elitasının toplaşdığı bu nüfuzlu beynəlxalq tədbirdə aparılmiş müzakirələr hamını narahat edən aktual mövzulara həsr olunmuşdur.

Rusiya–Ukrayna müharibəsi və bundan irəli gələn Avropanın enerji təhlükəsizliyinin kritik durumu ilə bağlı, İran və Çin mövzusu və digər qaynar regionlarda cərəyan edən hadisələrə dair fikirlər səsləndirilimiş, müvafiq tövsiyələr verilmiş və atılacaq addımların konturları cızılmışdır.

Konfrans çərçivəsində təşkil olunmuş dəyirmi masada iştirak edən dövlətimizin başçısı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın sürətlə artan rolundan bəhs emiş, 2027-ci ilədək həm TAP, həm də TANAP transmilli boru xətləri vasitəsilə  Avropaya nəql olunan təbii qazin həcminin, demək olar ki, iki dəfəyədək artırılacağını bəyan etmişdir.  Onun bu fikirləri böyük maqraq və rəğbətlə qarşılanmışdır.

Cənubi Qafqaz regionunda gedən proseslər də ən vacib məsələlərdən biri kimi Münhen Konfransının diqqət mərkəzində olmuşdur. Dövlətimizin başçısı hər üç Cənubi Qafqaz respublikası liderlərinin burada təşkil olunmuş birgə görüşünü tarixi hadisə adlandırmışdır. Həqiqətən də, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan, Ermənistan və Gürcüstanın rəhbərlərinin ilk dəfə olaraq bir araya gəlməsi diqqətçəkən faktdır. Toplantı çərçivəsində ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə görüşməsi də regionun transatlantik birlik üçün də əhəmiyyətini təsdiqləyir. İstənilən  halda belə görüşün baş tutması ondan xəbər verir ki, Qərbin Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə marağı yüksələn xətlə inkişaf edir və təbiidir ki, Cənubi Qafqaz yerləşdiyi coğrafi mövqeyinə görə dünyanın güc mərkəzlərinin diqqət mərkəzindən kənarda qala bilməz.

Görünən odur ki, bəzi dairələrin Azərbaycanın tarixi uğurlarına qısqanc yanaşmalarına baxmayaraq, İkinci Qarabağ müharibəsi nəticəsində yaranmış yeni reallıqlar böyük dövlətləri bölgəyə münasibətlərini məhz bu kontekstdən formalaşdırmağa sövq edir. Vacib məqamlardan biri də odur ki, ABŞ Qərb dünyasının lideri kimi Cənubi Qafqazda əmin-amanlığın bərqərar olmasına marağını gizlətmir və bu baxımdan dünyanın digər ciddi problemlərinin müzakirəsinin aparıldığı vaxtda Cənubi Qafqaz regio­nundakı proseslərə mühüm diqqət ayırır.

“Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda gedən müzakirələrdə moderatorun suallarına cavab verərkən Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması prosesinda yaranmış yeni situasiya prizmasından ölkəmizin ədalətli mövqeyini  bir daha səsləndirmiş və regiona davam­lı sülh gətirəcək konstruktiv addımların atılmasının zəruriliyini ortaya qoymuşdur.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Şərhlər

Şərh yazılmayıb.