Huquqaz.com

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir

04.10.2022
2.728
Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətinin tərkib hissəsidir.

Xalqına arxalanan, əsas amalı xalqına xidmət olan, xalq üçün quran, yaradan insanlar xoşbəxt insanlardır. Onlar millətin taleyini təyin etmək məsulyyətinin nə demək olduğunu anlayır, bu məsuliyyəti ləyaqətlə daşıyır, həyatda xoşbəxtliyi ancaq gələcək nəsillərin şərəfi, varlığı və rahatlığı üçün çalışmaqda görürlər. Bu cür insanlar tək-tək olur, bəlkə də yüz ildə bir dəfə dünyaya gəlirlər. Amma xalqın ən çətin vaxtlarında müqəddəs xilaskarlıq missiyasını həyata keçirirlər, öz həyatlarını millətə xidmətə həsr edirlər. Heydər Əliyev kimi… Heydər Əliyev 34 illik çoxcəhətli fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan tarixində böyük rol oynamış, ümummilli lider statusunu qazanmışdır. 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Bu çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Biz yenidən azad və müstəqillik şəraitində yaşamaq, müstəqil dövlətimizi yaratmaq imkanı əldə etdik. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. Bəli, Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə dövlətimizin müstəqilliyi qorunub saxlanıldı. Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən həqiqi dövlət və cəmiyyət qurulucuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşmasını təmin etmişdir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir, regionda Azərbaycanın nufuzunu günbəgün artırır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Dahi Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra iqtisadi siyasi kursunu davam etdirən layiqli varis yetişdirməsidir. Onun rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad olunmuş və Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır.

 

Zərdab rayonu  Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya

Şərhlər

Şərh yazılmayıb.