Yaşıl enerji ilə bağlı potensial çox böyükdür
Yaşıl enerji ilə bağlı potensial çox böyükdür
Azərbaycan ötən illər ərzində bu sahədə apardığı uğurlu siyasət sayəsində ölkədaxili enerji təhlükəsizliyini yüksək səviyydə təmin edib. Eləcə də hazırda ölkəmiz xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini xarici ölkələrə ixrac edir. Azərbaycan tezliklə “yaşıl enerji” ixracatçısına çevriləcək. Buna ölkəmizdə bərpaolunan enerji potensialının olduqca yüksək olması geniş imkanlar yaradır. Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik dövlətlərdən olsa da, yeni çağırışlara uyğun olaraq hazırda dövlətimizin qarşısında duran prioritet istiqamətlərdən biri də bərpaolunan enerjiyə sürətli keçiddir.
Respublikamızın enerji sektoru üzrə qarşıdakı hədəfi bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsidir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də elan edilən əsas istiqamətlərdən biri də elə budur. Çünki Azərbaycanda bərpaolunan enerji ilə bağlı böyük potensial var və ölkəmizin unikal iqlimə malik olması “yaşıl enerji”nin əldə edilməsi üçün böyük imkanlar açır. Respublikamızda quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni ölkəmizdə 200 qiqavata yaxın potensial var. Bərpaolunan enerji sahəsində Azərbaycanla həmfikir ölkələr arasındakı hərtərəfli əməkdaşlığa daha bir möhkəmləndiricək və bərpaolunan enerji istehsalı sahəsində də əməkdaşlıq mühüm əhəmiyyətə malik olacaqdır.
Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc
Şərh yazılmayıb.