Huquqaz.com

Yaşıl enerji ilə bağlı potensial çox böyükdür

21.01.2023
1.560
Yaşıl enerji ilə bağlı potensial çox böyükdür

Yaşıl enerji ilə bağlı potensial çox böyükdür.

Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa İttifaqının strateji tərəfdaşıdır.Ölkəmiz Avropanın elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilir, Azərbaycanın Avropa bazarına enerji ixracında yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Son zamanlar bütün ölkələr davam edən geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənlik şəraitində idxal olunan enerjidən asılılığını azaltmağa kömək etmək üçün bərpa olunan enerji proqramlarını sürətləndirir və “yaşıl enerji”nin vacibliyi daha da aktuallaşır. Eyni zamanda Avropada cari vəziyyət yeni enerji mənbələrinin tədqiq olunmasının vacibliyini göstərir.Bu gün ölkəmiz ilə Avropa arasında növbəti enerji körpüsü qurulur. Aparılmış araşdırmalara əsasən ölkəmizin bərpa olunan enerji potensialı ümumilikdə 27 QVt həcmində dəyərləndirilir ki, bunun da böyük bir hissəsi külək və günəş enerjisinin payına düşür. Eyni zamanda, ümumilikdə Xəzər dənizinin Azərbaycan sektorunun külək enerjisinin potensialı yüksək qiymətləndirilir. Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilib. Bu potensialın 35 QVt hissəsi dəniz sahilinə yaxın dayazsulu ərazilərə, 122 QVt hissəsi isə 50 metrdən artıq dərinlikli hövzələrə uyğun gəlir. Göründüyü kimi, ölkəmizin yüksək bərpa olunan enerji potensialı xarici investorların bu sahə üzrə Azərbaycanla əməkdaşlıq imkanlanlarını genişləndirir.Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı -Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.