Huquqaz.com

Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir

29.11.2022
1.701
Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir

Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü Avropa ilə Asiyanın arasında yerləşməsindədir.

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi, onun heç bir dənizlə əlaqəsi olmaması və s. haqqında məlumatlar vermişlər. Azərbaycan Respublikası Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir. Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Respublikanın coğrafi mövqeyi istər təbii şəraiti baxımından, istərsə də geopolitik baxımdan olduqca əlverişlidir. Yeraltı və yerüstü təbii sərvətlərlə olduqca zəngindir. Ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. Respublikamızın ərazisində 9 iqlim tipi mövcuddur. Azərbaycanda faydalı qazıntıların zənginliyi geoloji quruluşun mürəkkəbliyi ilə əlaqədardır. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşərək, unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

Şərhlər

Şərh yazılmayıb.