Huquqaz.com

Astarada keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 26 müraciət qeydə alınıb-FOTO

21.11.2022
1.857
Astarada keçirilən “Açıq mikrofon” aksiyasında ümumilikdə 26 müraciət qeydə alınıb-FOTO

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Astara rayon sakinlərinin ixtiyarına verilib.

Qanunla.Az xəbər verir ki, aksiyada ümumilikdə 26 sakin iştirak edərək qaz təsərrüfatı ilə bağlı onları narahat edən məsələlər barədə müraciətlərini ünvanlayıblar. Səncərədi kənd sakinləri Şirməmməd Fərəcov, Raifə Qeybiyeva, Ramil Vəliyev, Afaq Mirzəyeva və Esmira Əsədullayeva həmin kəndin genişlənmiş hissələrində inşa edilmiş fərdi yaşayış evlərinin qazlaşdırılmasını xahiş ediblər. Həmkəndlilərindən fərqli olaraq Validə Eyvazova qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Giləkəran kənd sakini Pərvanə İbadova və Astara şəhər sakini Hafis Bağırov sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsi istəyiblər. Müraciət edən hər bir vətəndaş Lənkəran RQİİ-nin rəhbərliyi tərəfindən ətraflı məlumatlandırılaraq bəzi məsələlərin həlli istiqamətində tapşırıqlar verilib.

image-img-20221121-wa0038 image-img-20221121-wa0039 image-img-20221121-wa0041 image-img-20221121-wa0040

Şərhlər

Şərh yazılmayıb.