Huquqaz.com

Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir

12.02.2023
1.883
Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir

Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ölkə və xalq olaraq əlimizdən gələni əsirgəmirik. Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Azərbaycanın ayrı-ayrı nazirlikləri, idarə və müəssisələri, dövlət qurumlarının hamılıqla Türkiyəyə dəstək məqsədilə səfərbər olumlar. Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıblar.

Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə olan bütün yanacaqdoldurma məntəqələri xilasetm işlərində iştirak edən nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin etmək üçün fəaliyyətə başlayıb. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Dövlət qurumlarımızla, qeyri-hökumət təşkilatları və sahibkarlarımızla yanaşı xalqımız da bütün imkanları ilə səfərbər olunub. Bakı ilə yanaşı Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Cənab Prezidentimizin də dediyi kimi, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik”.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.