Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulur
Həmrəylik prinsipi müasir Azərbaycan dövlətçiliyinin təməlində dayanır və siyasi, sosial-etnik maraqlardan üstün tutulur
Xalqların öz mövcudluğunu qoruyub saxlaması və inkişafı siyasi, iqtisadi, mədəni və tarixi əhəmiyyət kəsb edən bir sıra amillərlə bağlıdır. Lakin ən əsası, tarixin bütün dövrlərində müxtəlif xalqlar, millətlər üçün həlledici faktor kimi çıxış etmiş həmrəylik və özünüdərkdir. Tarixi əhəmiyyət kəsb edən bütün bu nailiyyətlər xalqımız qarşısında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin gərgin əməyinin məhsuludur. Milli həmrəyliyin və birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Yalnız Ulu Öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu rəsmən bəyan etdi. Ulu Öndərimizin təşəbbüsü və konkret addımları növbəti illərdə dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb. Azərbaycanın yenidən bərpa olunmuş müstəqilliyinin ilk kövrək illərində dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi Ulu Öndərin müstəqil Azərbaycanın gələcək inkişafı üçün həyata keçirdiyi ən mühüm tədbirlərdən biridir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov
Şərh yazılmayıb.