Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri
Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri.
Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək üçün xalqın böyük təkidi ilə hakimiyyətə dəvət edilən Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi, böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlarla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi. dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
İstər əsrin əvvəllərində cümhuriyyət dönəmində, istərsə də müstəqilliyimizin ilk dövrlərində dövlətçiliyimizin hüquqi əsaslarını yaratmaq mümkün olmamışdır. Ölkədə yaşanan xaos, siyasi pərakəndəlik bu kimi mühüm addımların atılmasını əngəlləmişdir.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi və təşkilatçılığı ilə Konstitusiya komissiyası formalaşdırıldı. 12- noyabrda ümumxalq səsverməsinə çıxarılan qanun layihəsi səs çoxluğu ilə qəbul edilərək noyabrın 27-də hüquqi qüvvəyə mindi.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən ,cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sistemlərini özündə birləşdirən, dövlət idarəçiliyində hüquqi baza rolunu oynayan mühüm bir sənəd idi.
Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Eşqin Məmmədov
Şərh yazılmayıb.