Huquqaz.com

Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir

10.11.2022
2.056
Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir

Rəşadətli Ordumuz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm bir tarix yazdı. Apardığımız Vətən müharibəsində qələbə qazandi. 2020-ci ilin 27 sentyabr günündən düşmənin hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurlu nəticə ilə başa çatdıran Azərbaycan Ordusu həm də yeni bir səhifə açdı. Bu səhifədən ölkəmizin və ümumilikdə regionun parlaq gələcəyi, Cənubi Qafqazda davamlı sülh və inkişafı təmin edəcək fərqli bir
reallıq başlanır. Bu günlər həm də Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinin yeni səlnaməsidir. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var.Ortaq kök,dil,din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər arasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birlərinə dəstək olduqlarını nümayiş etdirmişlər.Türkiyə öz dəstəyini heç bir zaman Azərbaycandan əsirgəməyib. Azərbaycan da Türkiyənin hər zaman yanında olub. Türkiyə nəinki Azərbaycanin ,eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətlərindən biridir. Hər zaman Qafqazin siyasətinə çox ciddi önəm vermiş və bölgədə cərəyan edən hadisələrə fəal müdaxilə ilə seçilmişdir. Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanın haqq davasında öz dəstəyini əsirgəmədi. Dağlıq Qarabağ münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olması üçün səsimizə səs verdi. Dünyadakı gücü, təsir imkanları ilə Azərbaycanı ermənilərin havadarlarından qorudu. Türkiyə Azərbaycanın qələbəsindən sonra ərazidə sülhün qorunması prosesində də yaxından iştirak edir.
Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətində olması iki ölkə arasındakı əlaqələrin genişlənməsində özünü göstərir.Belə ki, iki liderin gələcəyə aydın baxışı, məqsədyönlü siyasətinin nəticəsi Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə inkişafına təkan verir. Bu birlik, dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir.Şanlı ordunun Müzəffər Ali baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və uğurla başa çatan «Dəmir Yumruq» əməliyyatı regionda yeni bir reallıq yaratdı. Türkiyənin bölgədəki rolu hər zamankından daha da artdı. Bir bədəndə iki can Türkiyə Azərbaycan!

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.