Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır
Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ən çox təsir gücünə malik siyasi təşkilatdır. Azərbaycan Respublikası Qoşulmama təşkilatının tam hüquqlu daimi üzvü və ən aparıcı üzv dövlətlərdən biridir. Azərbaycanın haqq işi olan 44 günlük “Vətən müharibəsi”ndə dünyanın bir neçə qlobal gücə malik dövləti BMT-də Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul etməyə cəhd edərkən, məhz Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbayacanın mövqeyini müdafiə etmişdilər. Bu hadisədən sonra Fransanın bu məkrli planı baş tutmamışdır. Bütün dünya “Qoşulmama Hərəkatının” bir daha gücünə, üzv dövlətlərin sadiqlik ənənəsinə şahidlik etmişdir.
Azərbayacan Respublikası hazırda bu siyasi təşkilata rəhbərlik edən ən aparıcı dövlətdir. Azərbayacan Respublikasının Prezidenti, cənab İlham Əliyev bu təşkilatın ali kürsüsündən dəfələrlə çıxış etmiş, Azərbaycanın haqq səsini dünyaya çatdırmışdır. Qoşulmama Hərakatının onlayn Zirvə toplantısı ölkəmizin rəhbərliyi ilə keçirilmişdir. 2020-ci ilin dekabr ayında keçirilən toplantıda BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü irəli sürülmüşdür. Dövlətimizin 120 ölkənin yekdil qərarına əsasən sədrlik etməsi və bu vaxtın 2023-cü ilin axırına kimi uzadılması, fəaliyyətimizə verilən qiymətlərdən biridir. Azərbaycan 2023-cü ilə qədər bu siyasi təşkilata sədrlik edəcəkdir. Hazırda Qoşulmama hərəkatının ən fəal üzvlərindən biri də Ərəb Dövlətləri Liqasının üzvləridir. Azərbaycan dövləti Ərəb dövlətləri Liqasının üzvü olan dövlətlərlə tarixi dostluq və tərəfdaşlıq münasibətlərini yeni formada təşkil edir və genişləndirir. Hazırda 120 üzvü olan Qoşulmama Hərəkatının gələcəkdə daha çox üzv dövlətlərin olacağına, Azərbaycan dövlətinin bu siyasi təşkilatın həyatında ciddi bir qüvvə olacağına inanır və ümid edirik.
Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Məmmədov Eşqin
Şərh yazılmayıb.