Huquqaz.com

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır

06.11.2022
1.648
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır

 

2022-ci il oktyabrın 31-də Soçidə Üçtərəfli görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 09 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların icrasını müzakirə ediblər. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərilməyə razılaşdırılmışdır.Görüş zamanı Prezident cənab İlham Əliyevin də qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir və bu məsələdə Rusiya Federasiyasının Prezidentinin rolu yüksək qiymətləndirilməlidir.

Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcək. Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər. Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.