Huquqaz.com

Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi

24.10.2022
2.455
Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi

Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi həqiqətdir. 15 iyun 2021-ci il tarixdə imzalanan bu bəyannamə iki qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında münasibətləri daha da möhkəmləndirdi, bu əlaqələrin davamlı olaraq formalaşmasında yeni bir mərhələnin əsasını qoymuş oldu. Hər iki ölkənin müştərək maraqlarını əks etdirən, regional və beynəlxalq məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinə xidmət edən bu bəyannamə dərin köklərə malik dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirir.

Bir il öncə əzəli və əbədi Azərbaycan torpağı olan, doğma Qarabağımızın incisi Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Bəyannamə əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmaqla region üçün yeni tarixi gerçəklik yaratmış oldu. Mühüm əhəmiyyətə maik olan Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi xarakterizə olunur. Bu sənədlə ümumi maraqların qorunmasında imkanların birləşdirilməsi, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artıracaq. “Şuşa Bəyannaməsi” onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.

Zərdab Uşaq İncəsənət məktəbinin direktoru Nicat Əlifi

Şərhlər

Şərh yazılmayıb.