Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı
Qardaşlıq dedikdə hər kəsin xatirində Türkiyə və Azərbaycan canlanır. Bu dostluq və qardaşlıq illərin sınağından keçmiş, yan-yana durduqlarını dəfələrlə sübut etmişdir.
Dəfələrlə qarşılıqlı yardımlaşma edən Azərbaycan və Türkiyə qardaşlığı tarixin bir çox sınaqlarından üzüağ çıxmışdı.
İkinci Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədə, torpaqlarımızı geri alarkən mənəvi yanımızda duran, siyasi masalarda yoldaşlığını əsirgəməyən, dəfələrlə açıq-aşkar “Qarabağ Azərbaycandır!” deyən, digər dövlətlər müharibə vaxtı gizləndiyi halda, açıq siyasi tərəfdaşlığını göstərən Türkiyə bir daha yanımızda durduğunu göstərdi. Onun yanımızda durması sayəsində bir çox dövlətlər səslərini kəsərək, heç nəyə müdaxilə edə bilmədilər. Halbuki həmin dövlətlər təcavüz dövründə, açıq şəkildə Ermənistan dövlətinin tərəfində durur, onları haqlı hesab edirdilər. İkinci Qarabağ müharibəsi başlayanda da bu dövlətlər fikirlərindən daşınmır, ölən sivil insanlara rəğmən səslərini çıxarmırdılar. Biz doğru siyasətimiz, Qardaş Türkiyənin böyük dəstəyi sayəsində qalib gəldik. Bu qardaşlıqda edilən hər şey haqq, göstərilən hər bir xoş münasibət və dəstək qarşılıqsızdır. Tarix indiyə qədər Türkiyə-Azərbaycan qardaşlığı kimi qardaşlıq görməyib.
“Gəncliyə Dəstək” ictimai birliyin sədri Vəfa Xəlilli
Şərh yazılmayıb.