Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı
Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal müddətində Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınması da hərbi cinayət sayılır. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu. Uğurlu əməliyyatlar davam etdirilərək Vətən müharibəsinin 27-ci günü – oktyabrın 23-də Ordumuz Qubadlı ərazisinə daxil oldu, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladı. Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi. Vətən müharibəsinin 29-cu günündə – oktyabrın 25-də isə Ordumuz Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad etdi. Eyni zamanda Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi ilə yanaşı Zəngilan və Cəbrayıl rayonlarının bir neçə kəndinin işğalına son qoyulduğunu bəyan etdi. İşğalçı Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirib. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açıldı və Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova
Şərh yazılmayıb.