Huquqaz.com

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb

23.10.2022
2.709
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb

2020-ci il təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar il oldu. 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycanın müzəffər ordusu tərəfindən azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu, öz yurdlarından didərgin düşmüş insanların doğma torpaqlarına qayıtmaq imkanları tanınmış oldu.

Qarabağ savaşında qazanılan qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hansı düşüncənin daşıyıcısı olmasından asılı olmayaraq, hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm qələbəmizin digər əsas mühüm amili Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır. Bu qələbənin əldə olunmasında bizə böyük dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolu da qeyd edilməlidir. Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə biz bu dəstəyi daim hiss etdik. Məxsusi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi”.

Əli Əhmədov bu məsələdə Prezident İlham Əliyevin müstəsna rolunu xüsusi qeyd edib: “Azərbaycanın möhtəşəm qələbəsinin əldə olunmasında Prezident İlham Əliyevin müstəsna rolu bütün dünya tərəfindən etiraf olunur. Bu qələbə Prezident İlham Əliyevin zəfəri kimi səciyyələndirilir.

 

Zərdab rayon Xasa kǝnd ümumi orta məktəbin müəllimi- Nağıyeva Gülşən

Şərhlər

Şərh yazılmayıb.