Mina terroru və snayper terroru davam edir
Dağlıq Qarabağ münaqişəsi bitsə də, ermənilərin Azərbaycan xalqına qarşı hərbi cinayətləri davam etməkdədir. Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. Ermənilər Azərbaycanlılarının öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya çeviriblər.
Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. Düşmən tərəfindən həmin ərazilərdə milyonlarla mina basdırılıb. 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası düşmən tərəfindən həyata keçirilən “mina terroru”nun təzahürüdür.
Düşmən dövlətin atdığı addım beynəlxalq qanunvericiliyə və konvensiyalara əsasən hərbi cinayətdir, beynəlxalq və humanitar hüququn norma və prinsiplərinə ziddir.
Xəritələr olmadan minaların təmizlənməsi daha çətin, uzun və çoxlu vəsait tələb edən prosesdir. Ermənistan öz ölkəsinin mənafeyi üçün beynəlxalq hüququn tələblərinə riayət etməli və ən qısa müddətdə mina xəritələrini Azərbaycana təqdim etməlidir. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə
Şərh yazılmayıb.