Bu günə qədər erməni silahlı birləşmələri bizim torpağımızdan çıxarılmayıb
44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi . Lakin ermənilər BMT-nin qətnamələrinə əməl etmədiyi kimi 10 Noyabr üçtərəfli sazişin maddələrinə də əməl etmədi. Nəinki silahlı birləşmələrini torpaqlarımızdan çıxarmadı,hətta yeni-yeni təxribatlara əl atmağa başladı. Bu təxribatların qarşısını alarkən Azərbaycan ordusu şəhidlər verdi.Azərbaycan dövləti üçün hər bir əsgəri ,hər bir zabiti ,hər bir vətəndaşı dəyərlidir.Onlarin qanı yerdə qalmır, qisası layiqincə alınır.
Ermənilər Qarabağı geri almaq,yenidən işğal etmək xülyasindan əl çəkməlidir. Qarabağ Azərbaycan ərazisidir,Ermənistan bunu dərk etməlidir. Bütün dünya bunu artıq nəinki anlayır ,hətta tələffüz edir. Cənab prezidentimiz dəfələrlə çıxışlarında bildirmişdir ki, “Dəmir yumruq” yerindədir. Bir daha belə təxribatlar baş verəcəksə, zərbə daha güclü olacaq. Bəyannamədə göstərilən müddəalara, imza atdığınız, üzərinizə götürdüyün məsələlərə əməl etməyəcəksinizsə, biz özümüz haqqı bərpa edəcəyik. Necə ki, BMT-nin 4 qətnaməsinə əməl edilmədi, biz özümüz ədaləti bərpa etdik. Eləcə də qanunsuz erməni silahlı birləşmələrini öz gücümüzlə torpaqlarımızdan çıxaracağıq.
Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Vahidli Aydan
Şərh yazılmayıb.