Avropa İttifaqı ilə əməkdaşlığın önəmli istiqamətlərindən biri siyasi dialoqdur
Azərbaycan növbəti dəfə parlaq qələbə qazandı. Azərbaycan öz sözünü bir daha dedi. Hamımız Paşinyanın gülməli duruş vəziyyətini gördük. Azərbaycan Qafqazda lider dövlət oluduğunu bir daha təsdiq etdi.
Bu görüşdə bir daha Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi və bütün öhdəliklərinə sadiq qalan, üzərinə düşən vəzifələri sədaqətlə yerinə yetirən dövlət kimi özünü bir daha təsdiq etdi. Avropa ölkələri Azərbaycanı etibarlı tərəfdaş, tərəf müqabili və strateji əməkdaşlığı daha da dərinləşdirən etibarlı dövlət qismində görürlər. İkinci məqam Azərbaycan -Türkiyə qardaşlığının bir daha bütün dünyaya göstərilməsi idi. Üçüncü məqam Azərbaycanın kifayət qədər gücə malik olması həm hərbi, həm iqtisadi baxımından Qafqazda lider dövlət olduğunu bir daha sübut etdi. 44 günlük müharibədən sonrakı Azərbaycanın yaratdığı reallıqlarının dünya ölkələri tərəfindən qəbul edilməsini müşahidə etdik. Ermənistan-Türkiyə, Ermənistan -Azərbaycan arasındakı Praqa görüşündə fikir mübadiləsinin şahidi olduq. Artıq cənab Prezidentin söylədiyi kimi Ermənistan konstruktiv addımlar atarsa ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkün kimi görünür. Təbiki bu ilk növbədə Ermənistanın özünün faydasına olardı. Azərbaycanın bu prosesdə qalib, aparıcı tərəf olduğunu bir daha hamı gördü. Razılaşmalar göz önündədir. Praqa görüşündə ki, müddəaları Ermənistan qəbul etdi. Maraqlı cəhət Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər haqqında verdiyi bəyanatdır. Onlar bizim vətəndaşlarımızdır, onlarla necə nə vaxt danışdığımızı özümüz yaxşı bilirik. Bu bizim daxili işimizdir. Çox mühüm və qürur verici bir açıqlama.
Avropa Siyasi Birliyinin “Zirvə toplantısı”na 44 ölkə dəvət olunmuşdu. Toplantıda real vəziyyət müzakirə edilirdi. 44 dövlətin siyahısına baxsaq görərik ki həmin ölkələrin Avropanın bu gün və gələcəyi ilə bağlı ilişkiləri var. Avropanın marağı olan ölkələrdir. Zirvə Toplantısına Möhtərəm Prezidentimizdə dəvət olunmuşdu. Azərbaycan birmənalı olaraq Avropa üçün mühüm rol oynayır. Təkcə enerji sahəsində Azərbaycan həlledici ölkələrdən biridir. Cənab Prezident dünən ki, panel çıxışdada qeyd etdi ki, 1994 cü ildə imzalanan “Əsrin müqaviləsi”ndə heç kəs bilmirdi ki, gələcəkdə nələr baş verəcək. Davamı olaraq Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum, TANAP, TAP kimi lahiyələrin icrası dövlət siyasətimizin uğurlu nəticələri oldu. Biz keçmişdə bunların zəruri olmasını hiss etmirdik ancaq bu gün bunun Avropa üçün önəmli layihə olduğunu hamımız görürük. Dünən möhtərəm Prezidentimizin sammitdəki çıxışından yeni təkliflərin irəli sürdünü görmək mümkündür. Təkcə sülh yox Cənubi Qafqazın taleyi ilə bağlı idi. Prezidentin təklifi o oldu ki, üçtərəfli görüşlər olsun. Çünki Cənubi Qafqaz təkcə Azərbaycandan ibarət deyil.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Xanım İmanova
Şərh yazılmayıb.