Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu
Keçirilən ikitərəfli görüşlərdə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu
Sammit çərçivəsində keçirilən ikitərəfli görüşlərdə də türkdilli dövlətlər arasında əlaqələrin gələcəkdə yeni sahələr üzrə inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan hər bir ölkənin inkişafında mühüm amil olan dayanıqlı iqtisadi inkişafın təmin olunması istiqamətində atdığı addımları ilə diqqətdədir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi, reallığa çevirdiyi enerji və nəqliyyat layihələri iqtisadi, siyasi mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Yeni dövrün reallıqları yeni əməkdaşlıq formatlarının yaradılmasını tələb edir. Qeyd etdiyimiz kimi, əsas məsələ regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır.
Dövlət başçısı İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tribunasından bir daha bu çağırışı etdi ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Diqqəti Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatlara yönəldən cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Keçirilən ikitərəfli görüşlərdə, Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hazırkı dövrün reallıqları Azərbaycanın regionda və dünyada artan mövqeyini nümayiş etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır. Azərbaycanın bu mərhələdə əsas tərəfdaşlardan biri kimi iştirakı ölkəmizin, Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir.
Abdulbağı Fazilli- Zərdab rayonu Təzəkənd kənd sakini, fəal gənc
Şərh yazılmayıb.