Huquqaz.com

Erməni siyasətinin hiyləgərliyi

18.09.2022
1.795
Erməni siyasətinin hiyləgərliyi

Erməni siyasətinin hiyləgərliyi.

Sentyabrın 13-də Ermənistan silahlı qüvvələri hər zamankı kimi atəşkəs əmrinə zidd olaraq Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayon istiqamətində genişmiqyaslı təxribatlar törətmişdir, bu təxribat bir daha bütün dünyaya bəyan etdi ki, İrəvan öz revanşist niyyətindən əl çəkmək istəmir. Bu siyasət bütün region üçün təhlükə yaradır. Regionda olan sabitlik, davamlı inkişafın sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Ermənistan uzun illər Azərbaycan ərazisində müxtəlif təxribatlar törətmiş torpaqlarımızı vaxtı ilə işğal etmişdilər. Lakin 44 günlük Vətən müharibəsi sayəsində torpaqlarımız geri qaytarılmış və sülh imzalanmışdır, amma buna baxmayaraq Ermənistan öz işğalçı planlarından əl çəkmir davamlı olaraq imzalanmış müqavilənin şərtlərini çox sərt formada pozmaqda davam edir. Məhz bu əməlinə görə beynəlxalq təşkilatlar Ermənistanın bu revanşist əməlini pisləməli və bunun qarşısını almaq yönündə səy göstərməlidirlər.

13 sentyabr tarixində baş vermiş bu təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır.Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Erməni siyasətinin hiyləgərliyi 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldımasınahesablanmasında da özünü göstərir.Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.

 

ZərdabrayonAşağı Seyidlər kənd ümumi orta məktəbinin müəllimi-Mirzəyeva Qönçə.

Şərhlər

Şərh yazılmayıb.