Huquqaz.com

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

18.09.2022
1.727
Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır

Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır.

Ermənistan və Ermənistan ərazisi uzun illər həmişə regionda gərginliyin yaradılması üçün istifadə olunub.Ermənistanın diplomatik sahədə olan heç bir hərəkətləri onların sülh niyyətlərinin olduğunu göstərmir.Hər zaman beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını qəsdən pozur, regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri pozur. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi. Azərbaycan Ordusunun hərb meydanında məğlub olacağı barədə əsassız fikirlər səsləndirib özləri barədə “məğlubedilməz” görüntü yaratmağa çalışan ermənilər diz şökdü, kapitulyasiya aktına imza atdı. Son hadisələr bir daha təsdiqlədi ki, İrəvanın regiondakı yeni reallıqları dəyişdirmək istiqamətində atdığı addımlar ən çox bu dövlətin özünə ziyandır.Bu təxribatlar Ermənistanın revanşist siyasətini bir daha nümayiş etdirir.Ümumiyyətlə, Ermənistan Azərbaycanla münasibətlərin normal olmasını istəmir. Düşmənin ərazi iddiaları davam edir və beynəlxalq ictimaiyyət,qarşı tərəfə təzyiqləri artırmalıdır. Ali Baş Komandan cənab  İlham Əliyev qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırdı. Ermənistan artıq bunu düşünməlidir və dərk etməlidir ki, daha da acınacaqlı duruma düşməməkdən ötrü onun Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa yolu yoxdur. O, sülh sazişinin bağlanılması təklifini qəbul etməlidir, əks halda, bunun nəticələrinə də hazır olmalıdır.

 

Zərdab şəhər 1 saylı məktəb liseyin müəllimi- Çinarə Fərəcova

Şərhlər

Şərh yazılmayıb.