Huquqaz.com

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi

17.08.2022
3.211
Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi

Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi

Prezident cənab İlham Əliyev 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi  müsahibəsində “Qisas” əməliyyatından danışarkən bildirib ki, “Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağda yaşayan ermənilər başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Ermənistan öz təsir imkanlarını itirmək üzrədir. Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və bundan sonra daha da çox artacaq. Tarixi və beynəlxalq hüquq nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı- Ehtiram Osmanov

Şərhlər

Şərh yazılmayıb.