Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir
Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximi yazılmış şanlı salnamə Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərinə diqqət və qayğısı danılmazdır.
Möhtərəm Cənab Prezidentimiz İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinin, həmçinin müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq hər bir Azərbaycan vətəndaşının borcudur .
Zərdab rayon Körpükənd kənd tam orta məktəbin direktoru – Eminova Rüxsarə.
Şərh yazılmayıb.