Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir
Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir.
Öz milli müstəqilliyini əldə edən Azərbaycan bütün dünyada özünəməxsus strateji əhəmiyyətinə görə məşhurdur. Böyük bir hissəsi Xəzər dənizi ilə həmsərhəd olduğundan təkcə quru yolları vasitəsilə deyil,su nəqliyyatı ilə digər ölkələrlə həm iqtisadi, həm də siyasi əlaqələr baxımından əlverişli mövqeyə malikdir. Odur ki Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsi özünü göstərir. Bu marşrutlar Xəzəryanı dövlətlərin nəqliyyat potensialını daha da artırır və bundan maksimum dərəcədə istifadə edilməyə imkan yaradır. İmkanlar isə nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə daha gözəl şərait yaradır və gələcəkdə də sferasının genişlənəcəyi labüddür.
Aşqabadda öz reallığını tapan Xəzəryanı dövlətlərin dövlət başçılarının VI Zirvə toplantısında çox hörmətli güclü siyasətçi, möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı və öz dərin mənalı çıxışında Azərbaycanın Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verdiyini ön plana çəkib, o ölkəmizin Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, həmçinin dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün görülən işlərdə ön sıralarda olduğunu da xüsusi olaraq vurğulayıb. Uzaqgörənliyin nəticəsi 2018-ci ildə Aktau şəhərində imzalanmış konvensiya tarixi əhəmiyyətinə görə Xəzərin hüquqi statusunu müəyyən etmiş, çoxillik iş təcrübəsində dövlətlərin fəaliyyətinin gözəl olmağına proqnoz verməklə daha təsirli tədbirlər görülməsinə möhkəm hüquqi zəmin yaradacağına stimul vermişdir.
Cənab Prezidentin çıxışında Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi,onun önəm verdiyi vacib məsələlərdən olduğunu sübut edir. Xüsusi olaraq vurğuladığı nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətlərindəndir. Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələrinin Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri qovşağa -Beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaratmağı , bugün Azərbaycanı Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirməsinin bariz nümunəsidir.
Sözügedən çıxışda deyildiyi kimi biz Azərbaycan xalqı olaraq ölkəmizin Şərq-qərb,şimal-cənub beynəlxalq dəhlizlərinin inkişafında böyük rolu olduğunu, Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə xüsusi səylə çalışdığını, fəxr və qürur hissi ilə deyə bilərik. Məhz,bu kontekstdə bir daha vurğulamaq yerinə düşər ki , Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.
Azərbaycanımızın daha da inkişaf etməsində, çiçəklənməsində möhtərəm prezidentimiz İlham Əliyev başda olmaqla, azərbaycançılıq ideyalarına sadiq qalan hər bir Azərbaycan vətəndaşına uğurlar arzulayıram.Güc birlikdədir! Qoy birliyimiz həmişə var olsun!!!
Səliqə İsmayılova – Zərdab rayonu şəhər 1 saylı məktəb liseyin direktor müavini
Şərh yazılmayıb.