Huquqaz.com

Komando

25.06.2022
2.799
Komando

Komando

 II dünya müharibəsindən sonra daha mükəmməl, xüsusi şəraitlərdə hər cür vəziyyətlərdən çıxmağı bacaran hərbiçilərin yetişdirilməsi önəmli məsələlərdən biri oldu. Artırılan diqqətlərin nəticəsində bütün ölkələrdə xüsusi təyinatlılar hazırlanmağa başladı. Onlar silahlı qüvvələrin ən etibarlı, ən seçmə birləşmələri sayılır. Belə xüsusi hazırlıq keçən, xüsusi əməliyyat üsullarından istifadə edən elit yüngül piyada və ya xüsusi əməliyyat qüvvələrinin döyüşçüsü və ya əməliyyatçısı komando adlanır. Onlar az vaxt içərisində hədəfi məhv edən, təchizatla təmin edilməsə belə vəzifəni başa çatdırmağa çalışan əsgərlərdir.

1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs imzalandıqdan sonra Azərbaycanda da xüsusi təyinatlı qüvvələrin yaradılmasına zərurət yarandı və tezliklə bu işlərə başlanıldı. Artıq Azərbaycanda istənilən şəraitdə düşməni məhv etməyi bacaran,diversiya əməliyyatları apara bilən hərbi qüvvələr formalaşıb.

44 günlük Vətən müharibəsində qazanılan qələbədə xüsusilə də Şuşa əməliyyatında onların xüsusi payı var.

Xüsusi təyinatlılar, yəni Komando tam fərqli situasiyalar üçün hazırlanır, onlar çətin şəraitdə, ölkə sərhədləri daxilində və xaricində hərbi əməliyyatlar apara bilir, müxtəlif ağır döyüş tapşırıqlarını yerinə yetirirlər.  Onların seçimi və hazırlığı çox vaxt aparır və tədris tələb edir. Bu da işdə bizə ən yaxından kömək edən Türkiyədir. Hal-hazırda Türkiyədə Xüsusi Təyinatlı məktəblərdə Azərbaycan zabitləri formalaşır, təhsil alır.

Ali Baş Komandan İlham Əliyev Hadrutda Komando qüvvələrinin Hərbi hissəsinin açılışında qeyd edib ki, belə qüvvələr çox olacaq və Azərbaycan ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.

Bir azərbaycanlı olaraq biz də bütün hərbiçilərimizi alqışlayır, onları Silahlı Qüvvələr  Günü münasibətilə təbrik edirik. Onların hər zaman qranit kimi, dəmir yumruq kimi möhkəm olmağını arzulayırıq!!!

 

Səliqə İsmayılova – Zərdab şəhər 1 saylı məktəb-liseyin direktor müavini

Şərhlər

Şərh yazılmayıb.