Huquqaz.com

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı vacib məsələlər nəzərdən keçirilib

18.01.2023
1.561

 “Siyasi partiyalar haqqında” yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.

Qanun layihəsinin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınmışdır. O cümlədən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilmiş, layihənın hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılmış və bu komissiya tərəfindən 24 ölkənin bu sahədəki təcrübəsi öyrənilmişdir.

Həmçinin siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilmişdir. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

Şərhlər

Şərh yazılmayıb.