Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib
Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib
Ölkəmizin ev sahibliyi etdiyi IX Qlobal Bakı Forumu ən aktual müasir çağırışları müzakirə etməyə imkan verən çox mühüm hadisədir. Forum Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına gətirib çıxarır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdəki roluna dinamika gətirməklə ölkəmizin nüfuzunu xeyli dərəcədə gücləndirir. İyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda işə başlamış IX Qlobal Bakı Forumuda çıxış edən Prezident cənab İlham Əliyev qeyd etmişdir : Əlbəttə, Azərbaycanın Prezidenti olaraq mən ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışıram və Qarabağ münaqişəsinin həlli, zənnimcə, regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Keçən dəfə görüşəndə mən işğal, dağıntı və xalqımızın demək olar ki, otuz il əziyyət çəkdiyi humanitar böhranla bağlı məsələyə geniş şəkildə toxundum. Bunları təkrarlamaq istəmirəm, bunlar artıq məlumdur. Çünki işğaldan azad edilmiş ərazilərdə o qədər ziyarətçilər – siyasətçilər, ictimai xadimlər, jurnalistlər, vətəndaş cəmiyyətinin nümayəndələri olublar, onlar hər şeyi, erməni işğalından sonra hansı dağıntıların qaldığını öz gözləri ilə görüblər.
Bahar Qurbanova
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı
Şərh yazılmayıb.