Huquqaz.com

IX Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir

19.06.2022
1.709
IX Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir

IX Qlobal Bakı Forumu mühüm əhəmiyyətə malikdir

Ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, davamlı tərəqqiyə aparan müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan günü gündən inkişaf edir, beynəlxalq aləmdə böyük uğurlara imza atılır, mühüm beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. 16 iyun 2022-ci il tarixdə işə başlamış IX Qlobal Bakı Forumu və belə bir mötəbər Forumun paytaxt Bakı şəhərində keçirilməsi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərməklə, Azərbaycanın çağdaş dünyamızda rolundan xəbər verir. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunda Dövlət başçımızın səsləndirdiyi bəyanatlar mühüm əhəmiyyətə malikdir. Forumda çıxışı zamanı cənab Prezident qeyd etmişdir : Yeni yanaşmalar haqqında danışarkən görürük ki, ötən ilin noyabrına təsadüf edən, burada – “Gülüstan” sarayında keçirilən görüşümüzdən bəri dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Buna görə də müzakirələr, fikir mübadilələri, bəzən fərqli fikirlərin ziddiyyətləri yeni yanaşmaların işlənib hazırlanması üçün lazım olanlar da bunlardır. Əlbəttə ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq.

Ələkbər Kərimov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi

Şərhlər

Şərh yazılmayıb.