Ədalətin və milli iradənin təntənəsi
Ədalətin və milli iradənin təntənəsi
XX əsr müstəqillik tariximizdə Heydər Əliyev fenomeni özünəməxsus yer utmuşdur. Hələ 90-cı illərin əvvəllərində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan xalqını qarşıda çətin və məşəqqətli illər gözləyirdi. Baş verən proseslər, daxili çəkişmələr bu gənc respublikaya dövlətçiliyini itirmək təhlükəsi yaşadırdı. Belə olan halda xalq öz xilaskarına üz tutdu. Beləliklə, 1993-cü ilin iyunun 9-da xalqın təkidi və tələbi ilə Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Xalqını canından belə çox sevən bu müdrik siyasətçi dəhşətli hadisələrin gözlənilən bəlalarından xalqımızı zamanındaca xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Bütün çətinliklərə baxmayaraq o, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərqərar oldu. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin siyasi iradəsi Azərbaycanın Dövlət Müstəqilliyinin qarantına çevrildi. 1993-cü ilin iyunun 24-də Milli Məclisin qərarı ilə Heydər Əliyev Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Dahi rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü. Ümummilli lider Heydər Əliyevin dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatları və işgüzar dairələri ilə yüksək səviyyəli rəsmi görüşlər keçirməsi, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırması, mühüm müqavilə və sazişləri imzalaması ölkəmizin uğurlu gələcəyini təmin etməklə Azərbaycanın yüksək sürətdə inkişafına zəmin yaratmış oldu.
Bahar Qurbanova
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı
Şərh yazılmayıb.