Huquqaz.com

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

14.06.2022
1.967
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

Ümummilli liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”;  Bu gün Ümummilli lider siyasi kursu  Prezident cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın xoşbəxtliyi ondadır ki, respublikamızda Prezident cənab İlham Əliyev tərəfindən sabitlik və davamlı inkişaf kursu yüksək səviyyədə təmin edilir. Bunun da sayəsində respublikamız bütün sahələrdə uğurlara nail olub. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Ölkəmiz 2003-cü ildən sonra dünyada güclü və nüfuzlu dövlət kimi tanınır. Bu gün Azərbaycan müstəqil siyasət aparan ölkələr sırasındadır. Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın uğurlarından söhbət açarkən Silahlı Qüvvələrimizin ötən il 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmasını, ölkənin ərazi bütövlüyünü təmin etməsini xüsusi vurğulamaq lazımdır. Vətən müharibəsindəki qələbə müstəqil Azərbaycanın gücünü bütün dünyaya göstərmişdir. Bu şanlı qələbə xalqımızın tarixində əbədi qalacaqdır.

Abbas Nağıyev Zərdab rayonu Dəli Quşçu kənd ağsaqqalı

Şərhlər

Şərh yazılmayıb.