Huquqaz.com

Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi

10.05.2022
2.873
Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi

Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi.

 

​ Ötən əsrin sonlarına doğru çoxəsrlik tarixi mücadilənin yekunu kimi öz dövlətçiliyini bərpa edən, azadlığa qovuşan Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin rolu misilsizdir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider milli həmrəyliyin aparıcı amilə çevrilməsinə, ümumxalq birliyin dərin kök salmasına nail olmuşdur.

​ “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz,azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli -mənəvi dəyərlərini, adət -ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə​ cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

​ ​ Dəkkəoba kənd tam orta məktəbin direktor müavini- Mayisə Xəlilova

Şərhlər

Şərh yazılmayıb.